"Aprel şəhidi"nin nişanlısının bu sözləri ÜRƏK PARÇALADI: "Muradın mənə aldığı boyunbağını..."

"Aprel şəhidi"nin nişanlısının bu sözləri ÜRƏK PARÇALADI: "Muradın mənə aldığı boyunbağını..."2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Murad Məmmədov həmin ərəfədə nişanlı idi. Murad Məmmədov 1989-cu ilin 17 aprel günündə Sumqayıt şəhərində anadan olub. 2016-cı il aprelin əvvəlində baş vermiş şiddətli döyüşlərdə şəhid olub. Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub. Göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Məlum səbəblərdən şəhidimizin nişanlısının şəklini və adını təqdim etmirik.

-Siz Muradla neçə müddət idi ki, nişanlanmışdınız?

-Cəmi 15 gün idi ki, nişanımız olmuşdu.

-Münasibətlərinizin yaranmasına valideynləriniz səbəb olmuşdu?

-Xeyr. Nişanlanmağımıza özümüz razılıq vermişdik. Çünki aramızda bir neçə ay idi ki, sevgi vardı. Özümüz tanış olmuşduq.

-Hər kəs kimi hərbi sahənin asan olmadığını bilirdiniz. Nə vaxtsa Muradı hərbidən uzaqlaşdırmaq haqqında düşünmüşdünüz?

-Heç vaxt belə fikirdə olmamışam. Həyatda sabahımızın necə açılacağını bilmirik. Ona görə də sevdiklərimizi necə bir talenin gözlədiyindən xəbərsizik. Hər halda, mən də sevdiyim insanı itirmək istəməzdim. Digər tərəfdən isə Murad ölməyib. O şəhidlik zirvəsinə yüksəlib. Muradın hərbçi kimi vətənə xidmət etməyindən həmişə qürur duymuşam. Murad özü də deyirdi ki, o, vətənə xidmət etmək üçün doğulub. "Vətən yolunda şəhid olanlar məndən əskik oğlanlar deyil" söyləyirdi.
Biz nişanlananda Muradın narahat olduğunu hiss etmişdim. 2016-cı ilin 28 martından Muradla əlaqə saxlamağa çətinlik çəkirdik. Təlimlərdə olurdu. Amma aprelin 1-dən sonra cəbhədən müharibə xəbəri gəlməyə başladı. Muradla axırıncı telefon zəngimiz aprelin 3-də alındı. O, telefonda məndən halallıq istədi. Müharibədir, nələrin baş verəcəyinin bilinmidiyini söylədi, sonra da "Özünə yaxşı bax" dedi. Özü və dostları ilə bağlı ümidli deyildi. Təbii ki, Muradın bu cür sözlərinə etiraz etdim. "Bu nə sözlərdir danışırsan. İnşallah qayıdıb gələrsən" dedim.

-Bilmirəm, necə soruşum: nişanlınızı yuxularınızda görə, onunla xəyalən danışa bilirsiniz?

-Təbii, Murad tez-tez yuxuma gəlir. Hiss edirəm ki, o da məni görür. Onun gözlərini ümidli görürəm. Çünki şəhidlər həmişə zirvədə olur, ondandır.

-Nişan üzüyünüz hələ də sizdədir, onu taxırsınız, yoxsa..?

-Əlbəttə məndədir. Amma üzüyü çıxarmışam. Üzüyü taxmağımı nə onun, nə də mənim valideynlərim istəyir. Onların məsləhəti ilə taxmıram. Amma Muradın mənə hədiyyə aldığı qızıl boyunbağını hələ də taxıram. Murada olan sevgim hələ də mənimlədir. O sevgi tükənməyib...

-Müsahibənin əvvəlində dediniz ki, Muradın valideynləri ilə əlaqəniz var. Onlar sizə nə arzulayırlar? Sizi gəlinlikdə görmək arzularını dilə gətirirlərmi?

-Onlar məni xoşbəxt görmək istədiklərini deyirlər. Necə ki, övladlarının xoş gününü görmək istəyirlər, məni də övladlarından ayırmırlar. Onlar məni gəlinlikdə də görmək istəyirlər. Amma indiki halda bu cür məsələləri düşünmürəm. Hər şey Allahın qismətindən asılıdır. Qismətimizdə nə varsa, odur.

Mənbə: modern.az

Xəbərlər     Baxılıb: 2012   Tarix: 10 oktyabr 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək

Onkoloq Anastasiya Kosyakova pəncərə açıq vəziyyətdə maşın sürməyin ciddi sağlamlıq riski yaratdığını izah edib. -a istinadən xəbər verir ki, o, sürücülərin mütəmadi olaraq işlənmiş qazlara məruz qaldığını və bunun bir ço

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Nanə yağı təzyiqi aşağı sala bilər

Yeni araşdırma nanə yağının yüngül yüksək qan təzyiqi olan insanlarda təzyiq göstəricilərinə müsbət təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb. Tədqiqatda iştirak edən şəxslər

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Stress bu xəstəliyini kəskinləşdirə bilər

Güclü və uzunmüddətli stress orqanizmdə gizli qalan herpes viruslarının yenidən aktivləşməsinə səbəb ola bilər. Herpes simplex viruslarının I və II tipləri, eləcə də suçiçəyi virusu ilkin infeksiyadan sonra sinir hüceyrələrind

turlar.az

sac duzumleri kosmetoloq sade makiyaj sekilleri şir bürcü dolmalar kecellesme qadin psixologiyasi kosmetika kondom nedir bayatılar maraqlı sanama qurd xəstəliklərinə qarşı mualicə