"Aprel şəhidi"nin qızından atasına ÜRƏKDAĞLAYAN MƏKTUB: "Hamı mənə baxıb deyir ki, o qızın..." FOTOLAR

Tanınmış jurnalist Aida Eyvazlının "Qalibiyyət: şəhidlər və şahidlər" kitabının ikinci hissəsi çapa hazırlanır.

Kitabda Azərbaycan Ordusunun zabiti, "Aprel şəhidi" Vaqif Bayramovun qızı Zeynəbin gündəliyindən bir hissə də oxuculara təqdim olunur.

Kitabın müəllifi deyir ki, o, çox istəyərdi ki, bu məktub bütün dillərə tərcümə olunsun, Ermənistanı, terroru dəstəkləyən prezidentlərə, dövlət başçılarına göndərilsin...

"Qoy silah alveri edənlər, 25 ildir ki, torpaqlarımızda nahaq qan axıdanlar utansınlar. Və görəsən bu məktubu oxumağa gücləri çatacaqmı?
Balaca Zeynəbə dedim ki, onun gündəliyində yazdıqlarını kitaba köçürəcəyəm, çünki kitaba yazılanlar mələklərin qanadında göylərə aparılır. O dəqiqə soruşdu ki, kitaba yazılsa, atası onları eşidərmi? Çox rahatlıqla dedim ki, "Zeynəb, atan səni eşidir, kitaba yazdıqlarımızı isə lap tez eşidəcək".
Sevincək gündəliyini açıb mənə göstərdi. O gündəlikdə yazılan bəzi sətirləri tanrı dərgahındakı Vaqifə ismarlayıram".

"Ata, mən səni çox istəyirəm... Amma sən bizi qoyub getdin... Ata mən sənin üzünə deyə bilmirəm... Ancaq mən bura yazıram. Sən gələndə sənə deyəcəyəm... Mən operasiyaya (əməliyyata) girdim. Sən mənim əlimdən tutmuşdun... Mən operasiyadan çıxanda sən mənim əlimi buraxıb getdin və dedin: hər şey yaxşı olacaq... Mən yuxudan duranda əlimi buraxıb dedin ki, indi mən gedirəm şirinim...
... Hə uşaqlar, mənim atam, Vaqif atam gələndə mən bunu ona oxumağa verəcəyəm...
...Gəl ata, mən səni istəyirəm...
...Mən istəyirəm ki, sən gələndə mən sənə sevincimdən ATA VAQİF deyəm...
...Ata VAQİF yadındadır, sən həmişə mənə "şirinim" deyərdin. İndi sən getdin. Amma mən inanıram ki, sən gələcəksən. Sən gedəndən mənim az qala ürəyim partlayır. Mən bütün valideynləri görüb, deyirəm ki, mənim atam niyə gəlmir?
Allahım, sən bilirsən ki, atamı özün aparmısan... Və o mənim gözəl atam idi...
Ata mənim sənə bir sözüm var: onu sən gələndə deyəcəm... Amma bu söz çox önəmlidir. Bu söz gəlmək haqqındadır. Deyim? Yoxsa yox?! Amma deyəcəm? Pisinə gəlsə də deyəcəm: Səndən küsmüşəm... Ona görə küsmüşəm ki, sən evə gəlmirsən...
Ata sənin getdiyin ikinci ildir. Artıq 10 yaşım keçir... sənin il mərasimində şeir oxudum... hamı mənə baxıb deyirdi ki, o qızın atası yoxdur... Mən də hirslənirdim...
Ataaaaaa.... nə olur gəl, mən çox darıxıram, əvvəlki xatirələrimizə, günlərimizə darıxıram...
"Ata, ata..." yazanda elə qışqırmaq istəyirəm ki... İstəyirəm ki əlini mənə vurasan... İstəyirəm ki, qapımızı döyəsən... və səni qucaqlayım... bu günlüyümü açanda da sən qapını döy və mən bu yazdıqlarımı sənə oxuyum...
Nə bilim... bax indi-indi ürəyimi boşaldıram...".

Azərbaycan Silahlı Qüvvələrinin zabiti (kapitanı) Vaqif Bayramov 2016-cı ildə "Aprel döyüşləri" zamanı şəhid olub,
Vaqif Bayramov 1979-cu ilin 25 dekabrda Naftalan şəhərində anadan olub. Ailəli idi, bir oğlu və iki qızı yadigar qalıb.
Vaqif Bayramovun qardaşı Mehman Bayramov 1992-ci il 1 iyulda Qarabağ müharibəsində şəhid olub.

2016-cı il aprelin 11-də Vaqif Bayramov doğulduğu Naftalan şəhərində son mənzilə yola salınıb.
Vaqif Bayramov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
"Aprel şəhidi"nin qızından atasına ÜRƏKDAĞLAYAN MƏKTUB: "Hamı mənə baxıb deyir ki, o qızın..." FOTOLAR"Aprel şəhidi"nin qızından atasına ÜRƏKDAĞLAYAN MƏKTUB: "Hamı mənə baxıb deyir ki, o qızın..." FOTOLAR"Aprel şəhidi"nin qızından atasına ÜRƏKDAĞLAYAN MƏKTUB: "Hamı mənə baxıb deyir ki, o qızın..." FOTOLAR"Aprel şəhidi"nin qızından atasına ÜRƏKDAĞLAYAN MƏKTUB: "Hamı mənə baxıb deyir ki, o qızın..." FOTOLAR"Aprel şəhidi"nin qızından atasına ÜRƏKDAĞLAYAN MƏKTUB: "Hamı mənə baxıb deyir ki, o qızın..." FOTOLAR"Aprel şəhidi"nin qızından atasına ÜRƏKDAĞLAYAN MƏKTUB: "Hamı mənə baxıb deyir ki, o qızın..." FOTOLAR"Aprel şəhidi"nin qızından atasına ÜRƏKDAĞLAYAN MƏKTUB: "Hamı mənə baxıb deyir ki, o qızın..." FOTOLAR

Xəbərlər     Baxılıb: 1798   Tarix: 05 fevral 2018
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

donlar 2026 gozel gorunmek geyim və ayaqqabılar salatlarin hazirlanmasi ayaqqabı modelləri edebi janrlar dini geyimler kosmetika kəlamlar dieta şəkərbura sağlıq badambura