Aralıq dənizi qızdırması nədir?

Aralıq dənizi qızdırması nədir?Ailəvi aralıq dənizi qızdırması periodik qızdırma və peritonitlə gedən autosom-resessiv xəstəlikdir. Bəzən plevrit, dəri zədələnməsi, artrit, nadir hallarda perikardit ilə özünü büruzə verə bilər.
Milli.Az bildirir ki, yaranan böyrək amiloidozu böyrək çatışmazlığına gətirir. Bu xəstəlik daha çox Aralıq dənizi ətrafında yaşayan etnik qruplar arasında yayılıb. Diaqnoz əsasən klinika əsasında qoyulur, lakin dəqiq diaqnoz xüsusi genetik diaqnozla dəqiqləşir.
Bu xəstələrdə kolxisinlə profilaktik müalicənin tətbiqi kəskin tutmaların, həmçinin amiloidozun inkişafının qarşısını alır. Müalicə olunduqda proqnoz yaxşıdır.
Bu xəstəliyə xüsusən yəhudilər, türklər, ermənilər, ərəblər və s tutulur. 50 % xəstələrin ailəvi xəstəlik tarixçəsi var. 16-cı xromosomun qısa çiynində yerləşən MEFV genin mutasiyası bu xəstəliyə səbəb olur. Mutasiya autosom-resessiv yolla ötürülür. MEFV geni (pirin adlanan) zülalı kodlaşdırır. Pirin anadangəlmə immun sisteminin ayrılmaz hissəsidir. Pirin orqanizmin bakterial toksinlərə qarşı qoruyucu reaksiyalarında iştirak edir. Gen mutasiyası nəticəsində dəyişilmiş pirin sintez olunur. Bu isə pirinin inflamassion aktivasiyasını inqibə etmə qabiliyyətini yox edir. Kliniki isə bu təkrarlanan spontan iltihab pristupları ilə (neytrofillərin qarın boşluğunda və digər orqanlarda toplanması) nəticələnir. Adətən, xəstəlik 5-15 yaş arası başlayır, lakin istisnalar da ola bilər. Pristupların təkrarlanması qanunauyğunluğa tabe deyil. Adətən 24-72 saat davam edir, hətta daha uzun sürə bilər. Həftədə 1 dəfə, ildə 1 dəfə (daha çox 2-6 həftədə 1 dəfə) tezliyi ilə təkrarlanır. Spontan remissiya illərlə sürür. Əsas əlamətlər 40 dərəcə hərarət və peritonit əlamətləridir.
Qarında ağrı adətən bir hissədə başlayaraq bütün qarın nahiyyəsinə yayılır. Bu simptom 95% pasiyentlərdə rast gəlir və hətta o qədər güclü olur ki, laparotomiyaya gətirib çıxarır. 30 % plevrit, 25 % artrit kimi özünü büruzə verir. Simptomların ağırlığına baxmayaraq, əksər pasiyentlər tez sağalır və remissiya dövrünə keçir. Ağırlaşmalar amiloid zülalının toplandığı orqandan asılıdır (çox vaxt böyrək amiloidozu və böyrək çatışmazlığı yaranır).
Qanda leykositoz, neytrofillyez, EÇS yüksəlməsi, CRZ yüksəlməsi və sidikdə>0.5 qr çox zülal itkisi 24 saat ərzində olur.
Müalicə
Müalicəsi kolxisin, kanakinumab, anakinra və ya rilonaseptlə aparılır.
Kolxisin 0.6 mq gündə 2 dəfə (bəzi xəstələrə 4 dəfə) təyini 85% tam remissiyaya gətirir. Əgər tutmalar təkrarlansa dozanı artırırıq. Kolxisinin istifadəsi amiloidoz riskini azaldır. Əgər xəstə kolxisin terapiyasına müsbət cavab vermirsə, alternativ olaraq anakinra 100 mq dərialtı gündə 1 dəfə və ya rilonasept 2.2 ml/kq dərialtı həftədə 1 dəfə, yaxud kanakinumab 150 mq dərialtı 4 həftədən bir təyin olunur. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 945   Tarix: 23 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

yaz geyimleri 2026 maskalar geyim necə seçməli cennet almasinin murebbesi ayaqqabi ve cantalar islamda hicab pamidor maskasi kosmetika kəlamlar hüzeyir hacibəyov gunay yuxuda qara ilan gormek ekizler