Arının həm balı, həm də zəhəri dərman sayılır

Arının həm balı, həm də zəhəri dərman sayılırNəsib Bayramoğlu on ildən çoxdur ki, Mingəçevirdə fəaliyyət göstərən "Çiçək" Arıçılar İctimai Birliyinin sədridir, səkkiz ildir ki, "Arı dünyası" mərkəzinə rəhbərlik edir. O, arıların həyatından bəhs edən "Arı və demokratiya", "Sirli dünya" kitablarının müəllifidir. N. Bayramoğlu deyir: "Arı ailəsi çox sirli və möcüzəli dünyadır və o qədər intəhasızdır ki, dərinliklərinə gedib çıxmaq çox çətindir. Aristotel "Arı günəşi" adlı kitab yazıb. Dünyanın məşhur alimlərindən Demokrit, Əbu Əli İbn Sinanın da arı və arı məhsulları haqqında dəyərli fikirləri var.
Arı özü müqəddəs olduğu kimi, onun müqəddəs hesab etdikləri də var. Bu, onun yuvası, şahı, qanunu, balası və ruzisidir, arı onların hər biri uğrunda özünü qurban verməyə hazırdır. Arı ailəsində iş bölgüsü var. Ən böyük səlahiyyəti işçi arıya məxsusdur. Şah arının cəmi bir, işçi arının isə 42 səlahiyyəti var. Erkək arının da cəmi bir səlahiyyəti var. Arı qanunlarına görə, işçi arı qanunu pozan həm şah, həm də erkək arını nəinki cəzalandıra, hətta öldürə bilər. Ona görə ki, arı ailəsinin qorunması, yaşaması, qidası, çiçək tozunun gətirilməsi, balın, mumun istehsalı, obrazlı desək, "büdcəsi" işçi arının məhsuludur və onu hasilə gətirən işçi arı da hər şeydən qiymətlidir".
Təcrübəli arıçı daha sonra deyib: "Arının ən çox istehsal etdiyi məhsul baldır. Bal ərzaqlar içərisində ən çox kalorisi olan məhsul sayılır. Bir kiloqram balda 3200 kalori var. Bal qəbul ediləndən 7 dəqiqə sonra mədədə həzm olunur, ona görə də bal yeyəndə tez acıma baş verir. Balın çox böyük ağrıkəsici qabiliyyəti var. Sümük, göz, baş ağrıları zamanı həmin nahiyəyə bal sürtmək lazımdır. Qırxılmış başa təmiz bal sürtülməsi ağrıdan xilas edir. Soyuqdəymə və oynaq ağrıları zamanı da bal sürtülməsi gözəl nəticələr verir. Yeri gəlmişkən, balın keyfiyyətini onun dərinin sorulması ilə də bilmək olar. Təmiz bal bədənə sürtüləndən təxminən bir saat sonra bir damcı da qalmadan sorulur".
N.Bayramoğlu arının istehsal etdiyi məhsullar haqqında dedi: "Cicək tozu arının istehsal etdiyi ən qiymətli məhsullardan sayılır. Bu, o dərəcədə qiymətli nemətdir ki, kosmonavtların qidasında da ondan istifadə olunur. Vərəmum bakteriya keçirməyən və az tapılan qiymətli maddədir. Mədə-bağırsaq xəstəlikləri, xüsusən mədə xorası və nəfəs yolları iltihabında onun spirtlə qarışdırılmış məhlulundan geniş istifadə olunur. Arının istehsal etdiyi məhsullardan biri də arı zəhəridir və onun tərkibi gürzə zəhəri ilə eynidir. Lakin zəhərin miqdarı az olduğuna görə ölümlə nəticələnmir. Revmatizm, bel ağrıları, sinir sistemi, qan dövranı zamanı arı sancması çox müsbət təsir göstərir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1700   Tarix: 06 fevral 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

yaz geyimleri 2026 kosmetik vasiteler maskalar xiyarın faydaları monika belluççi testlər seksual pozalar kosmetika xeyanet oğlaq xocali vətənə aid bayatı layla