Arıqlamaq üçün ən effektiv üsullar açıqlandı

Arıqlamaq üçün ən effektiv üsullar açıqlandıHəyat tərzində bəzi dəyişikliklər arıqlamaq üçün effektiv üsul ola bilər.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə alman diyetoloqlar "Fit for fun" jurnalına danışıblar. Nəşrin yeni sayında onlar ən effektiv üsulları açıqlayıblar:
Kalori çatışmazlığı yaratmaq. Alman diyetoloqlar məsləhət görür ki, əgər arıqlamaq istəyirsinizsə, rasionun kaloriliyini 150-300 kilokalori azaltmağa cəhd edin. "Buna, məsələn, aşağı qlikemik indeksli məhsullardan istifadə edərək nail olmaq olar", - ekspertlər bildirir.
Sağlam yağlar və daim zülal qəbul etmək. Arıqlamaq üçün daha bir effektiv üsul - rasiona toxluq hissini uzun müddət saxlayan məhsullar (qoz, kətan və çia toxumları, avokado, kətan və zeytun yağları) əlavə etmək. Çox yağlı balığı həftədə bir dəfə yemək olar. Zülal tərkibli məhsullardan - yumurta, paxlalılar, aşağı yağlı kəsmik, ağ pendirlər və toyuq ətini qeyd etmək olar.  
Çətin karbohidratlar yemək. Mərci, yulaf, qarabaşaq, kinoa, amarant və təzə kartofun tərkibində toxluq hissi yaradan liflər var. Bu məhsullar sağlam qida həzminə səbəb olur, orqanizmi həyati vacib maddələrlə təmin edir.
Fiziki məşq etmək. Həftədə 2-3 dəfə güc məşqi metabolizmi yüksəltdir, əzələləri bərkidir və böyüdür. Bu isə sonunda arıqlama prosesini sürətləndirilməsi ilə nəticələnir.
Yetərincə yatmaq. Yuxu çatışmazlığı stress hormonu - kortizolun ifrazına gətirib çıxarır. Bu isə yüksək kalorili qəlyanaltıların yeyilməsinə gətirib çıxaran güclü yorğunluq, əhval düşkünlüyünə səbəb olur. "Qayda belədir - arıqlamaq üçün effektiv yuxu sutkada 7-8 saatdan az olmamalıdır", - alman tibb mütəxəssisləri qeyd edib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1807   Tarix: 22 fevral 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

kosmetoloq gozel gorunmek qaşların formalari faydalı məsləhətlər 1 hefteye 5 kq ariqlamaq vətən haqqında bayatılar veten haqqinda bayati kosmetika vətən novruz hakıştası kahfe falı bir arzum var