Arıqlamaq üçün gündə cəmi 3 dəqiqə bu məşqi edin - VİDEO
Artıq çəki, xüsusən də qarın bölgəsindəki piylər bir çoxlarını narahat edən problemdir. Lakin cəmi bir məşqlə həm qarın, həm bel, həm də bud hissənizi incəldə bilərsiniz.
Milli.Az BiG.AZ-a istinadən xəbər verir ki, arıqlama üzrə yaponiyalı mütəxəssis Tamayo əzələləri bərkidib bədəni formaya salacaq məşqi tövsiyə edir.
Bu məşqi necə edək?
Ayaqları mümkün qədər aralı saxlayıb, dizləri azca büküb, əlləri belimizə qoyuruq. Ayaq pəncəsi və dizlər eyni istiqamətdə olmalıdır.
Dabanları yavaşca maksimal dərəcədə qaldırırıq. Çiyinlərimizi düz saxlayınb qollarımızı bükürük. Nəfəs aldıqda qollarımızı qaldırır, nəfəs verdikdə yenidən aşağı salırıq. Dirsəklərimizi mümkün qədər bədənimizə sıxırıq. Çiyin bıçaqlarını da mümkün qədər birləşdirməyə çalışırıq.
Məşq zamanı qarnı içəri çəkməliyik.
Bunları etmək asan görünsə də, yerinə yetirildikdə qarın, bud və çiyin nahiyəsindəki gərginliyi hiss edəcəksiniz.
Sadalanan hərəkətləri azı 3 dəqiqə ərzində mümkün qədər təkrarlamaq lazımdır. Bu müddəti getdikcə artırmaq olar.
Bir neçə həftəlik mütəmadi məşqlərdən sonra qarnınızdakı piylərin yavaş-yavaş əridiyini, belinizin incəldiyini və dərinizin dartıldığını görəcəksiniz.
Məşqin düzgün yerinə yetirilməsini öyrənmək üçün aşağıdakı videonu izləyə bilərsiniz.
Milli.Az
/ news.milli.az
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq