Artıq piylərdən xilas olmaq üçün nə etmək lazımdır?

Artıq piylərdən xilas olmaq üçün nə etmək lazımdır?İdman təkcə formada qalmaq üçün yox, həm də sağlamlığımıza müsbət təsir edir. Buna görə də bəzi idman növlərini çəkimiz qaydada olsa belə etməliyik. Son vaxtlar insanların əksəriyyəti kardio məşqlərə üstünlük verir. Kardio məşqlər nədir?

"Jeyhun Valiyev professional fitness club"un məşqçisi Zaur Hafizov Axşam.az-a açıqlamasında kardio məşqlərdən, onun müsbət tərəflərindən danışıb:

"Kardio ürək-damar sistemi məşqləridir. Eyni zamanda ağ ciyərin oksigen tutumunun artmasına səbəb olur.

Kardio məşqlərdə enerji kimi ağ ciyərlərdən alınan oksigendən istifadə olunur. Onun intensivliyi nəbzlə müəyyən olunur. İlk öncə insan üçün maksimum nəbzi müəyyən etmək lazımdır.

Əgər siz məşqlərə yeni başlamısınızsa, onda siz maksimum nəbzin 50 faizə qədər intensivliklə başlamalısınız. Yağ yandırmaq üçün isə bu intensivlik maksimum nəbzin 60-70 faiz aralığında olmalıdır.

Mütəmadi olaraq müddəti 30 dəqiqədən az olmayan kardio məşqlər ürək-damar sisteminə müsbət təsir göstərir, dözümlüyü artırır, maddələr mübadiləsini gücləndirir. Bütün bunlar ən effektli arıqlamaq və yağ yandırmaq üsulu hesab edilir.

Kardio məşqlərə qaçış, sürətlə yerimək, üzgüçülük, aerobika və başqaları daxildir. Kardio məşqləri seçən zaman ehtiyatlı olmaq lazımdır. Çünki ürək-damar sistemində problemi olanların kardio məşqi etməsi təhlükəlidir. Qaçış zamanı ayaq oynaqlarınız yüklənə bilər".

Yağ yandırmaq üçün nə etməliyik?

"Orqanizmi yağ yandırmağa məcbur etməkdən ötrü birinci əzələdə qlikogen halında toplanan karbohidrat depolarını boşaltmaq lazımdır. Qlikogen depoları boşaldıqdan sonra bədən enerjini yağ toxumalarının parçalanmasından alır. Məhz buna görə arıqlamaq üçün yerinə yetirilən kardio məşqlərin müddəti 30-40 dəqiqədən az olmamalı və ya dərhal ağırlıq məşqlərindən sonra yerinə yetirilməlidir.

Bəzən isə daha çox kardio daha çox yağ yanmaya səbəb olacağını düşünüb saatlarla bunu edirlər. Bu zaman orqanizm enerji kimi yağlardan istifadə etməyə çatdırmayaraq, başlayır amin turşularını, yəni əzələni parçalamağa. Bu isə heç xoşagələn hal deyil, ona görə də kardio məşqlərini 45 dəqiqədən artıq yerinə yetirmək məsləhət görülmür.

Arıqlamaq istəyən insan gündəlik kalori qəbuluna və sərfiyatına fikir verməli, əgər məqsəd yağ yandırmaqdırsa, gündəlik sərf olunan kalori miqdarı qəbul etdiyimiz kalori miqdarından çox olmalıdır. Bunun üçün qidaların kalori dəyəri daim nəzarətdə saxlanmalıdır. Həmçinin qidaların insulin və qlikemik indeskləri də nəzərə alınmalıdır.

Bütün yuxarıda danışdığım faktorları nəzərə alsalar, sağlam şəkildə yağ yandırıb, çəki atıb, gözəl formaya düşə bilərlər".

Sağlamlıq     Baxılıb: 2665   Tarix: 31 dekabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

İntimdən sonra qadınların sevmədiyi şey - Kişilər niyə yatmaq istəyir?

Orqazmdan sonra dincəlmək istəyi yaradan hormonlardan biri də sevgi hormonu adlanan oksitosin hormonudur. Cinsi əlaqə zamanı artan bu hormon orqazmı tətikləyir. Həm kişilər, həm də qadınlar tərəfindən ifraz olunan oksitosi

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

turlar.az

maskalar geyim necə seçməli geyim şəkilləri abdulla saiq usaq serleri kəpəyə qarşı kivi murebbesi qidalandirici maskalar kosmetika aybawi bürcler qiz evi haxista hamilelik nizami gəncəvi