Aspirasion pnevmoniya
Aspirasion pnevmoniya çox vaxt ağız boşluğu və udlaqda yerləşən (sağlam şəxslərin 50%-i ağız udlaq sekretini aşağı tənəffüs yollarına aspirasiya edirlər) anaerob və onların anaerob qrammənfi mikroflora ilə birgə iştirakı nəticəsində baş verir. Bu zaman baş verən pnevmoniya çoxlu miqdar qusuntu kütləsi aspirasiya olunduqda və ya onun içərisində anaerob mikroflora olduqda törənir. Öskürmə funksiyasının pozulması, həmçinin mukosiliar klirensin pozulması pnevmoniya riskini artırır. Pnevmoniyanın anareob törədicilərinin mənbəyi aşağıdakılar hesab edilir:
- diş ərpi
- dişlər
- dişlərarası yırtıqlar.
Xəstəliyin baş verməsi ağciyər iltihabının yaranmasına səbəb olan infeksiyanın oraya daxil olması və orqanizmin zəif olması ilə əlaqədardır.
İnhalyasion hissəciklərin tənəffüs yollarında paylanması ilk növbədə onların ölçülərindən asılıdır. Diametri 10 mkm-dən böyük olan hissəciklər başlıca olaraq burun boşluğuna və yuxarı tənəffüs yollarına daxil olurlar. Bu infeksiyalar bronxlara və alveollara çokdükdən sonra daxilə nüfuz edir və xəstəlik törədirlər. Buna görə də pnevmoniyanı əmələ gəlməsində çox vaxt inhalyasiya edə biləcək törədicilərin rolu olduğu öz təsdiqini tapır. Vərəm, qrip, histaplazmoz xəstəliklərinin törədiciləri də bu yolla pnevmoniyanın əmələ gəlməsinə səbəb olur. Pnevmoniyanın törədiciləri bilavasitə alveollarla baş verdiyinə görə aspirasion pnevmoniya adlanır. Aspirasion pnevmoniya zamanı xəstələrin şikayətləri aşağıdakılardan ibarət olur:
- zəiflik
- iştahanın itməsi
- titrətmə
- təngnəfəslik
- döş qəfəsində ağrı.
Xəstəliyin başlanğıc dövründə öskürək quru, əziyyətverici olur, sonra isə yumşalır və bəlğəm əmələ gəlir.
Xəstəliyə diaqnozun qoyulmasında rentgenoloji müayinənin və həkimin obyektiv müayinəsinin rolu böyükdür.
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Arzuolunmaz hamiləlik
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Fəxri İsmayılova yüksək vəzifə verildi
Gələn il "Avroviziya"da ilk dəfə iştirak edəcəklər
Ülkü Hilal Çiftçi məşhur filmdə rol alacaq
ARB ilə Nuran arasında nə baş verir? - Açıqlama
Dəniz Göktaş saxlanıldı
Hadise və Gülşen onu məhkəməyə verir