Aspirinin üç əks-təsiri - Diqqət
Möcüzə dərman adlandırılan qandurulducu aspirinin təhlükəli əks-təsirləri də var.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, amerikalı həkim kardioloq Kristofer Kennon aspirinin mədəyə zərərinin 3 simptomunu açıqlayıb.
İstənilən aşağı doza belə aspirin qəbul edən xəstə mədəsində ən kiçik narahatlıq olan kimi həkiminə xəbər verməlidir. Daxili qanaxma zamanı qan analizində eritrositlərin aşağı düşməsi - anemiya görülür.
Qırmızı qan hüceyrələrinin azalması o deməkdir ki, oksigenin daşınması zəifdir.
Anemiyanın əlamətləri:
- Yorğunluq, halsızlıq
- Başgicəllənmə
- Təngnəfəslik
- Qulaqlarda küy və ya fit səsi
- Baş sıxılması
- Ağarmış üz dərisi
- Soyuq əl-ayaqlar
- Döş qəfəsində ağırlıq
- Dodaqlarda göyərmə
Aspirinin səbəb olacağı daha ağır qanamalarda nəcis qara rəng alır. Nadir halda qanlı ishal, qusma olur. Bu zərərləri azaltmaq üçün aspirini yemək zamanı, dolu mədəyə qəbul etmək lazımdır.
Aspirin qəbul edənlər iltihab əleyhinə dərmanlar, naproksin və ibuprofen qəbul etməməlidir.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi