Asqırmanı saxlamaq TƏHLÜKƏLİDİR

Asqırmanı saxlamaq TƏHLÜKƏLİDİRAsqırmaq insanın özündən asılı olmadan baş verən baş verən bir prosesdir. Onun qarşısını almaq isə mümkün deyil.
Asqırmaq bəzi xəstəliklərin əlaməti olmaqla yanaşı, həm də ətrafa mikroblar ötürür.
Ancaq asqırmaqla bağlı alimlərin bir sıra maraqlı açıqlamaları da var. Bəzi alimlərin araşdırmalarına görə asqırma zamanı ani olaraq beyin hüceyrələri işləmir. Bu səbəbdən uzun müddət, ardıcıl asqırmaq ölümə gətirib çıxara bilər.
İctimai yerlərdə bəzən olur ki, şəxs asqırma zamanı güclə də olsa özünü saxlamağa çalışır. Ancaq bunun ziyanlarından xəbəri olmur. Hətta belə vəziyyətdə ürək dayanması, ölüm hadisələrinin baş verə biləcəyi iddia olunur.
Daha bir fakt isə xəstələrin asqırdıqdan sonra ağrılarının yüngülləşdiyini deməsidir. Ancaq həkim terapevtlər bu fikirlərlə razı deyillər.
Terapevt Elnur Süleymanlı Modern.az-a açıqlamasında bildirdi ki, asqırma zamanı onu saxlamağa çalışmaq çox ciddi fəsadlara yol açır:
"Qətiyyən asqırma zamanı onu dayandırmaq, saxlamaq olmaz.Asqırma orqanizmin hansısa yad cismə qarşı verdiyi reaksiyasıdır.Asqırmanın qarşısını alan zaman baş verən fəsadlar arasında əsasən qulaq pərdəsinin zədələnməsi, burunda qanaxma, görmənin itməsi, baş ağrısı və qan damarlarının partlaması kimi hallardır.Ona görə  qəti şəkildə olmaz".
Elnur Süleymanlının sözlərinə görə, asqırma yolu ilə hər hansı ağrının aradan qalxması fikri sadəcə deyimdir:  "Asqırma prosesinin bir neçə faydası var. Bu proses orqanizmi qoruyur və immun prosesinin əsasını təşkil edir. Asqırmaq, yuxarı tənəffüs yollarından bakteriyalar və yad cisimlərin qovulmasını təmin edir. Amma hər hansı ağrını azaltması ilə bağlı fikirlər yanlışdır"
Həkim terapevt Mətanət Cəfərova bildirdi ki, asqırma zamanı onu tutub saxlamaq ölümə səbəb ola bilməz:
"Asqırmaq orqanizmin qıcıqlandırıcı maddələr və hər hansı allergiyaya qarşı müdafiə reaksiyasıdır. Asqırmaq bir refleksdir və bunu saxlamaq mümkün deyil.
Asqırmağı saxlamağa çalışdıqda qulaq pərdəsi zədələnə bilər, bundan başqa bədəndən xaric olmalı olan mikrob bədəndə qala bilər. Burun-qan damarları partlaya bilər. Ancaq ürəkdayanma kimi bir fəsad ola bilməz. Ölüm hadisəsinə isə gətirib çıxara bilməz".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1264   Tarix: 19 dekabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bayramdan qalan bu qidalar TƏHLÜKƏLİDİR

Bayram süfrələrinin bolluğu çox zaman görünməyən təhlükəni də özü ilə gətirir. İlk baxışda "israf olmasın" düşüncəsi ilə saxlanılan yeməklər əslində sağlamlıq üçün ciddi risk mənbəyinə çevrilə bilər. Xüsusilə yumurta

.

Qatıq yeməyin də saatı varmış: Faydası qat-qat artır

Qatıq istehlakının faydası yalnız onun tərkibindən deyil, həm də nə vaxt yeyildiyindən asılıdır. Araşdırmalar göstərir ki, düzgün zamanda yeyilən qatıq həzmdən enerjiyə qədər bədəndə mühüm fərqlər yaradır.  xəbər verir ki

.

Yeməyi bir dəfədən çox qızdırmağın sağlamlıq üçün TƏHLÜKƏSİ

Mütəxəssislərin fikrincə, bir çox qida məhsulu yenidən qızdırıldıqdan sonra yalnız faydalı xüsusiyyətlərini itirmir, həm də sağlamlıq üçün təhlükəli ola bilər. Müasir həyatda insanların çoxu hər gün bir neçə dəfə təzə yemə

.

Torpaq yemək istəyi nəyin gizli əlamətidir?

Zəiflik, yorğunluq, saç tökülməsi, kövrək dırnaqlar və udma çətinliyi dəmir çatışmazlığının əsas əlamətləri ola bilər. xəbər verir ki, onun sözlərinə görə, bəzən dəmir çatışmazlığı daha fərqli simptomlarla da özünü göstər

.

Ən yaxşı çay hansı dəmlikdə hazırlanır?

Alimlər çay dəmləməyin ən ideal yolunu tapmaq üçün genişmiqyaslı bir araşdırma həyata keçiriblər. Tədqiqat zamanı saxsı, şüşə, paslanmaz polad, silika gel və farfor materiallarından hazırlanmış beş fərqli dəmlikdən istifad

.

Səhər və axşam fərq etmədən zəhər istehlak edirik

Fransa Milli Qida Təhlükəsizliyi Agentliyinin (Anses) apardığı son araşdırmalar qidalarımızdakı qorxulu mənzərəni ortaya qoyub. Təhlil edilən 700 birləşmədən 250-dən çoxunun sağlamlıq üçün ciddi risk daşıdığı məlum olub

.

İdeal bədən quruluşuna 6 həftədə sahib olun

Sürətli pəhrizlər və həddindən artıq fiziki yüklənmə orqanizmi yorur və itirilmiş çəkinin qısa müddətdə geri qayıtmasına səbəb olur. Buna görə mütəxəssislər kəskin məhdudiyyətlər əvəzinə tədrici və balanslı yanaşmanı tövsiy

.

Qoz, badam və püstə qarşı-qarşıya: Budur ən faydalı çərəz

Mütəmadi çərəz istehlakının ürək sağlığından koqnitiv funksiyalara qədər geniş bir sahədə müsbət təsirləri olduğu elmi faktlarla sübut edilib. Bəs ən faydalı çərəz hansıdır?.  xəbər verir ki, çərəzlərdoymamış yağlar, bitk

.

Bağırsaq xərçəngi riskini azaldan gözlənilməz məhsul

150 min nəfərin iştirak etdiyi genişmiqyaslı araşdırma adi səhər yeməyi ilə onkoloji xəstəlik riski arasında əlaqə olduğunu göstərib. Məlum olub ki, həftədə cəmi iki porsiya yoqurt bəzi ən aqressiv xərçəng formalarından qorumağ

turlar.az

geyim şəkilləri maskalar qadın geyimi qızartma xarici seks hakista xina yaxdi sozleri elm biliye aid atalar sözləri kosmetika şebnem tovuzlu qiz evi haxista qz eviyçun hakışta baldiz lakonizim