Astroloji proqnoz - 04 iyul

Astroloji proqnoz - 04 iyulQoç - müsbət tendensiyaların təsiri bu gün çox güclüdür, amma onlardan istifadə etməyə tələsin. Çünki axşama doğru onlar tamamilə yoxa çıxa bilər. Bu günə istənilən xarakterli görüş təyin edə bilərsiniz. Ancaq bunların hamısına ciddi hazırlaşın. İti ağlınıza və improvizasiya etmək qabiliyyətinizə o qədər də güvənməyin, bu gün fikriniz "Bağdadda xurma dərir".

Buğa - hesablamalar və rəqəmlərlə bağlı işlər isə xüsusi diqqət tələb eir. Hər şeyi üç-dörd dəfə təkrar-təkrar yoxlayın. Xırdaca bir səhv sizə çox baha başa gələ bilər. Bahalı, gözlənilməz və bu səbəbdən də çox xoş hədiyyələr ala bilərsiniz.

Əkizlər - yeniliklərdən qorxmayan, eksperiment, kəşf etməyi xoşlayan Şirlər üçün əla gündür. Bu bürcün nümayəndələri işdə təqdirəlayiq cəsarət göstərir və karyerada irəliləmək üçün yaxşı zəmin hazırlayırlar. Təşkilati bacarıqlarınızı daha parlaq nüumayiş etdirməyə çalışın, göstərin ki, nəinki əla iş icraçısı, eyni zamanda gözəl rəhbərsiniz.

Xərçəng - şəxsi həyatınızda isə, əksinə, başqalarına təşəbbüs göstərməyə imkan yaradın. Bu gün, nəhayət, ətrafınızdakıların sizə necə münasibət bsələdiklərini ayırd edəcək və gələcək üçün planlarınızı dəqiqləşdirəcəksiniz.

Şir - entuziazmınız aşıb-daşır, enerjiniz çoxdur, bir yerdə qərar tuta bilmirsiniz. Hansı işdən yapışırlar-yapışsınlar, Şirlər bu gün öz işgüzarlıqları ilə bədbinləşən insanlara ilham verirlər. Müxtəlif səbəblərdən əzab çəkənlər bu gün gəlib sizi tapırlar, sizin də onlara təskinlik verərək, inamlarını artırmaq üçün qüvvəniz yetir.

Qız - öz enerjinizlə bölüşərək verdiyinizin qarşılığını ikiqat alırsınız. Həm özünüzlə, həm ətraf aləmlə tam ahəngdarlıq yaşayırsınız. Bu, həm müxtəlif həzzləri dadmağa, həm də yaradıcı potensialınızın artmasına rəvac verir.

Tərəzi - yoxlamalara, nüfuzlu şəxslər tərəfindən ciddi nəzarətə hazır olun. Bütün səhvlərinizi görəcək, ortaya çıxaracaqlar. Nailiyyətləriniz də diqqətdən kənarda qalmayacaq, ancaq onlara görə mükafatlarınızı xeyli gözləməli olacaqsınız. Vacib danışıqları təxirə salın, uzunmüddətli müqavilələr imzalamayın.

Əqrəb - boynunuza heç cür yerinə yetitrə bilməyəcəyiniz öhdəliklər götürmək riskiniz var. Çoxlu sayda məsləhət alırsınız, amma onlara əməl etmək elə də asan deyil. Mübahisələrdən qaçın, öz bildiyiniz kimi hərəkət etməyə çalışın, təcrübənizə güvənin.

Oxatan - rəhbər kimi tapşırıq verəndən sonra müşahidə və nəzarət etməyi də unutmayın. Sizinlə yaxından tanış olmaq və tezliklə ailə qurmaq istəyənlərin sayı da kifayət qədər çoxdur. Amma tələsməyin, sizi maraqlandıra bilmiş insanın məqsədlərini özünüz üçün dəqiq təyin edin.

Oğlaq - hətta ən darıxdırıcı iş sizə maraqlı gəlir. Bir işə əl atan kimi də həmən sizə kömək etmək, hətta sizin yerinizə işləmək istəyənlərin sayı artır. İmtina etməyin. Amma bir məqamı da unutmayın: əlinizi işdən soyudub aralanan kimi, "köməkçiləriniz" də ardınızca gələcəklər.

Dolça - doğmalarınıza qayğı və hörmətlə yanaşın, onların səbrini tükətməyin. Kimisə tənqid etməyin. Bu gün çətin şəraitə düşən insanlar məhz sizin dəstəyinizə ehtiyac duyacaqlar.

Balıqlar - sözlərinizdə diqqətli olun. Nə qədər anlaşılmaz danışsanız, bir o qədər yaxşıdır. Birbaşa suallara konkret cavab verməkdən çəkinin. Bu gün ağzınızdan çıxan hər bir kəlmədən əleyhinizə istifadə edə bilərlər. Hətta tam etibarlı hesab etdiyiniz insanla da söhbət edərkən ehtiyatı əldən verməyin, sirlərinizi açmayın./Milli.Az/

Maraqlı     Baxılıb: 2759   Tarix: 04 iyul 2016
f Paylaş

Oxşar xəbərlər

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

turlar.az

hamiləlik gelinlikler kosmetik vasiteler gozalti qaralar ucun maskalar qrip haqqında elza seyidcahan şəxsi təcrübə kosmetika şirin qoğal 8 mart baldiza aid hakisda gülməli hakıştalar vətənə aid bayatılar