Astroloji proqnoz - 23 iyul

Astroloji proqnoz - 23 iyulQoç - ədalət və haqların təminatı ilə bağlı problemlər ön plana keçəcək. İddialarınızla bağlı məqamları həll edin. Qohumlar, dostlar arasında mübahisələr olacaq.Yaxın ətrafınızdakı insanlarla münasibətləri korlamayın.Günün ikinci yarısında müzakirə zamanı hədsiz emosionallıq əlaqələrin kəsilməsinə səbəb olmamalıdır. Aqressiv, kobud olmayın.Önəmli saydığınız məqamı danışıqlar yolu ilə çözə bilmirsinizsə, müzakirələri dayandırın. Məşğul olduğunuz işin təfərrüatlarına fikir verin, detalları nəzərdən qaçırmayın.

Buğa - böyük həcmli işlərə hazır olun. Günün ilk yarısından etibarən, çox yəqin ki, bir məsələnin həlli ilə məşğul olmaq gərəkdir. İkinci dərəcəli işləri təxirə salın. Yollarda xüsusilə diqqətli olun. Günün ikinci yarısında qəza vəziyyəti yaratmayın. Çalışdığınız sahədə qərarları təcili, təxirəsalınmaz şəkildə verin.Ailə üzvlərindən birinin problemi var. Həmin problemin çözülməsi çox vaxt apara bilər. Laqeyd olmayın.

Əkizlər - günün ilk yarısında hər şey yaxşıdır. Narahatlıq və nigaranlıq üçün heç bir səbəb yoxdur. Nəzərdə tutduğunuz layihəni reallaşdırmaq gözlədiyinizdən də asandır. Dostlar sizə yardım edəcəklər. Onlar problemlərin həllinin yeni variantını təklif edəcəklər. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirin.Günün ikinci yarısı yeni tanışlıqlar üçün əlverişlidir.Təxəyyülə qapılmayın, illüziyalara aldanmayın. Yaşanan olayları bədbin çalarlarda görməyin. Nikbin olun. Problemlərin həllində yaradıcı olun.Axşam saatlarını əyləncəyə həsr edə bilərsiniz.

Xərçəng - mürəkkəb, qarışıq gündür. İntellektual yük fiziki işlərlə müşayiət olunacaq. Ciddi emosional sarsıntı istisna deyil. Diskomfort vəziyyətdə ruhdan düşməyin.Günün ikinci yarısında maliyyə vəsaitinizin qədrini bilin. Biznes, karyera ilə bağlı önəmli qərarları verəndə tələsməyin. Alış-verişdə bədxərclik etməyin.Məişət zəminində qarşıdurmaya, münaqişəyə ehtiyac yoxdur. Təmkinli davranın.

Şir - günün ilk yarısında çətinliklər az olmayacaq. Qarşınıza qoyduğunuz məqsəddən imtina etməyin. Hədəfə sürətlə çatmağı ağlınızdan da keçirməyin. Qətiyyətli və iradəli olun, əzmkar davranın. İşin müqabilində əldə edəcəyiniz mükafat pis olmayacaq. Yaşlı qohumlarla ünsiyyətdə fayda var.Kömək üçün müraciət edən insana yardım edin. Təcrübənizi bölüşməkdən çəkinməyin.Günün ikinci yarısında maliyyə məsələlərini həll etməyə başlayın. İşgüzar intuisiyanız sizi yanıltmayacaq. Səfər və ya səyahət pis alınmayacaq. Evdən uzaqda yeni təəssüratlar istisna deyil.

Qız - yaxın gələcəkdəki perspektik işlərin bünövrəsini bu gün qoymaq gərəkdir. Keçdiyiniz yola nəzər salın, səhvlərin təkrarlanmaması üçün zəruri addımlar atın. Ənənəvi məşğuliyyəti yeniləmək, fərqli sahələrdə sınaq keçirmək olar.Günün ikinci yarısında maraqlandığınız insan barədə az da olsa, məlumatlar əldə etməyə can atın. Belə kiçik eksperiment belə, dəyişikliklərə hazırlıq səviyyəsinizi aşkarlayacaq.Yaxınlarınız sizə dəstək verəcəklər. Depressiyaya qapılmayın, ruhdan düşməyin.

Tərəzi - resurslarınızı olduğundan artıq qiymətləndirməyin. Can atdığınız məqsədə maksimal sürətlə irəliləmək üçün gərəkli variantlardan praqmatikcəsinə yararlanın. Əsas diqqəti aktual işlərin görülməsinə yönəldin. Bu işlərin nəticəsi prosesə təsir edir.Günün ikinci yarısında eyni vaxtda bir neçə iş görməyin. Belədə diqqətsizlik və ehtiyatsızlıq ucbatından yanıla bilərsiniz.Axşam saatlarını ailə üzvlərinə ayırın. Səmimi, qayğıkeş olun.

Əqrəb - yaxşı, rəvan, asudə gündür. İşdə həmkarlar və rəhbərliklə fikir ayrılıqları ola bilər. Cari işlərin, rutin proseslərin ciddi müdaxiləyə ehtiyacı yoxdur.Günün ikinci yarısında təşəbbüslərinizi yaxın ətrafınızdakı insanlar sizi anlamayacaqlar. Əməyiniz yetərincə dəyərləndirilməyəcək. Dəyər verdiyiniz insanla əlaqələri sərinlətməyin.Kiçik anlaşılmazlıqlar böyük mübahisələrə səbəb olmamalıdır.

Oxatan - səhər saatlarından etibatən tərəfdaşınızla problemlər yaratmayın. Həmkarlarla, şəriklərlə rəvan, normal münasibətlər qurun. Mübahisələri və fikir ayrılıqlarını qarşılıqlı anlaşma yolu ilə həll etməyə çalışın.Günün ikinci yarısında əvvəlki anlaşmalar və müqavilələrin pozulması istisna deyil. Nə isə deməzdən əvvəl yaxşı fikirləşin. Düşünüb-daşınmadan qəti qərar verməyin. Bəzi məsələlərin həllini ertələyin.Axşam saatlarında diqqətli olun.

Oğlaq - çalışdığınız sahədə problemlər yaradacaq. Dəyər verdiyiniz insanlardan biri ilə fikir ayrılığı, mübahisə istisna deyil. Təmkinli, soyuqqanlı olun. Emosiyaların köləsinə çevrilməyin. Günün ikinci yarısında, onsuz da, çətin vəziyyəti daha da ağırlaşdırmayın. Stress və gərginlikdən qurtulmaq üçün diqqətinizi işə yönəldin. Müzakirə olunan məsələlərdə ortaq məxrəcin əldə olunması üçün müəyyən güzəştlərə ehtiyac var.Axşam saatlarında evdəki vəziyyət normallaşacaq.

Dolça - kiçik, amma cansıxıcı işlər az olmayacaq. Məişət qayğılarının sayı çoxdur. Qüvvə və potensialınızı yanlış dəyənləndirməyin ki, sonradan səhvlərin nəticələrini aradan qaldırmaq zərurəti ilə üzləşməyəsiniz.Günün ikinci yarısında resurs qıtlığı, yorğunluq yeni işə başlamağa mane ola bilər. Yaxın ətrafınızdakı insanlardan biri sizə maneələr yaratmağa çalışır. Beləsinin cəhdlərini dezavuasiya edin.Təcrübəsiz, amma lovğa və təkkəbbürlü insanların "məsləhət"lərinə inanmayın. Yaltaqlardan uzaq durun.

Balıqlar - günün ilk yarısından etibarən proseslər gərgin və qarışıq olacaq. Çətinlikləri ənənəvi, adət etdiyiniz vasitələrlə həll etmək asan deyil. Bəzi mühüm məsələləri təxirə salmadan, dərhal çözmək gərəkdir. Maneələri dəf etmək üçün çox vaxt yoxdur.Günün ikinci yarısında avadanlıq və texnikada problemlər yarana bilər. Yaxın ətrafınızdakı insanların sərt iradlarına, tənqidlərinə aqressiv reaksiya verməyin. Axşam saatlarında normal istirahət etməyə çalışın.

Maraqlı     Baxılıb: 2147   Tarix: 23 iyul 2015
f Paylaş

Oxşar xəbərlər

.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. -a istinadən xəbər verir ki, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciə

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

turlar.az

kosmetik vasiteler makiyaj etmek qaydalari geyim dəbləri qadinin arxadan olmasi ana haqqinda atalar sozleri kişi psixologiyası saç həkimi kosmetika dovsan vetene aid bayati baliq burcu nagillar qiz adlari