Astroloji proqnoz - 3 oktyabr

Astroloji proqnoz - 3 oktyabr Qoç - günün ilk yarısı darıxdırıcı təsir bağışlaya bilər. Situasiyanın zahiri təzahürlərinə aldanmayın. Rutin işlərlə məşğul olun.

Yasaqları pozanda, qadağalara məhəl qoymayanda sonucları və fəsadları düşünün. Ənənəvi, sınanmış metodları avantüra ilə əvəzləməyin. Sərt tənqid və etirazlarla qarşılaşa bilərsiniz. Sizə qaydaları, təlimatları və habelə işlərin başa çatdırılması gərəkən vaxtı xatırladacaqlar.

Yeni ideylarınız dəstəklənməyəcək.

Səbrli olun. Ailə üzvlərinə təzyiq etməyin. Nə isə etmək istəyirsinizsə, yalnız öz qüvvənizə bel bağlayın.

Yaşamınızı çətinləşdirən imkanlardan faydalanın.

Buğa - günün ilk yarısında sizi çox iş gözləyir. İşdə və ailədə "lokomotiv" rolunu oynamalı olacaqsınız. Yeni hədəf, fərqli məqsəd əla stimuldur. Köhnə planlardan birini reallaşdırmaq üçün əlverişli zamandır. Ətalətli olmayın, passiv davranmayın.

Başladığınız işi yarımçıq qoymayın.

Günün ikinci yarısında sərhədləri keçməyin, oyun qaydalarını pozmayın.

Səhhətinizin qeydinə qalın.

Travma və xəstəlik riskləri artır.

Texnika ilə çalışanda ehtiyatlı olun.

Əkizlər - asan gəlir etmək ideyalarını unudun. İşlər artır, fəaliyyətdə gərginlik motivləri çoxalır. İdeyaların reallaşdırılması üçün maliyyə dəstəyi gərəkdir. Ruhdan düşməyin. Maneələr və sədlər sizi passivləşdirməməlidir.

Günün ikinci yarısında hədəf və məqsədlərinizi təftiş edin. Yaxın ətrafınızdakı bəzi insanların aşkar rəqabət istəklərinə fikir verin. Dostlardan biri rəqibə çevrilə bilər. Unutmayın: maliyyə məsələləri, pul hərisliyi çoxlarını korlayır.

Axşam saatlarını sevdiyiniz insana həsr edin.

Xərçəng - adi günlərdən biridir. Heç bir ekstraordinar hadisə baş verməyəcək. Ev işləri ilə məşğul olmaq mümkündür. Alış-verişdə bədxərclik etməyin.

Qəfil təklif olarsa, gəlir istisna deyilsə, razılaşın. Maliyyə əməliyyatları üçün uğurlu zamandır.

Günün ikinci yarısında müstəqil çalışmaq daha sərfəlidir. Kimsə sizi qıcıqlandırırsa, belə adamdan uzaq olun. İradlar mübadiləsi münaqişəyə səbəb ola bilər. Nə qədər gec deyil, maraqlarınızı və qərarlarınızın fəsadlarını dəyərləndirin.

Nə istədiyinizi müəyyənləşdirin.

Axşam saatları səhhətinizin qeydinə qalın. Profilaktika üçün pis zaman deyil.

Şir - yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın. Aqressiv və eqoist olmayın. Tərəfdaşlarla əlaqələrdə müvazinəti pozmayın. Qarşılıqlı güzəştlərə hazır olun. Bəzi imkanlara və imtiyazlara görə mübarizə aparmanız gərəkdir.

Günün ikinci yarısında işdə maliyyə və ya ideoloji məsələlərə görə rəhbərliklə münasibətlər korlana bilər. Anlaşmalar, müzakirələr üçün əlverişli zaman deyil. Sərtlik əlaqələri korlaya bilər. Fərdi təşəbbüsləri ertələyin. Aktivliyiniz ciddi müqavimətlə üzləşəcək.

Qız - günün ilk yarısını qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün fayda ilə keçirə bilərsiniz. Konkret material nəticəyə yönəlmiş iş xüsusilə yaxşı sonuclar verəcək. Abstrakt mənfəətlə maraqlanmayın.

Günün ikinci yarısında ünsiyyəti birgə fəaliyyət və ya əməkdaşlıqla məhdudlaşdırın. Yaxın gələcəklə bağlı yeni planlar qurmaq olar. İşgüzar toplantılara qatılın, problemləri həll edin. Yazışmalarda passivlik etməyin.

Axşam saatları ev işləri üçün sərfəlidir. Daşınmaz əmlak və ya torpaqla bağlı problemləri həll etmək olar.

Tərəzi - haqqınızda deyilənlərlə yanaşı, situasiya ilə bağlı dəyərləndirmələrin yer aldığı sözlərə qulaq asın. Əsla gözləmədiyiniz mənbədən xəbər alacaqsınız. Şayiələr sürətlə yayılacaq. Gərəkli məlumatı əldə etmək çətindir.

Günün ikinci yarısında sizi narahat edən problem barədə ailə üzvlərinə danışa bilərsiniz. Axşam saatlarında yolda olsanız, gəvəzə insanın dediklərinə qulaq asmayın. Təxribatlara uymayın.

Axşam saatlarına yaxın gərginlik artacaq.

Əqrəb - başqalarının maraqları və mənafeləri arasında qala bilərsiniz. Ailədə və ya işdəki situasiyanın girovuna çevrilməyin. İqtisadi və siyasi prosesləri diqqətlə izləyin. Hadisələrə təsir imkanlarına malik insan sizə maneələr yaratmağa çalışacaq.

Günün ikinci yarısında nüfuzunuza və ya mövqelərinizə zərbələr vurmaq istəyən bədxahın qarşısını qətiyyətlə alın. Mübarizəsiz geri çəkilməyin. Daşınmaz əmlak, maddi məsələlərdə inadkarlıq edin. Yaradıcılıqla məşğul olmağa vaxt tapın, karyera inkişafını düşünün.

Uzunmüddətli rəqabətə hazır deyilsinizsə, mübarizə meydanını tez tərk edin.

Məişətdə genişmiqyaslı islahatlara başlamayın. Ailə üzvlərinin qəlbini qırmayın.

Oxatan - rutin məsələlələrin çoxluğu sizi əsas məqsəddən yayındırmamalıdır. Maddi məqamlar, xidməti öhdəliklər çox vaxt aparacaq. Yaxın dostlardan biri və ya qohumun yardıma ehtiyacı ola bilər.

Günün ikinci yarısında əsas yolla irəliləyin. Bütün işlərlə müstəqil məşğul olun. Başqalarının yardımlarından izafi istifadə etməyin. Əks halda artan gərginliyə dözməyə bilərsiniz. Həddən artıq güc və vaxt tələb edən işi ertələyin. Axşam saatlarında fiziki travma almamaq üçün diqqətli davranın.

Normal istirahət etməyə çalışın.

Oğlaq - maliyyə məsələlərində təmkinli davranın, emosiyalara uyaraq düşünülməmiş qərarlar verməyin. Həddən artıq sərt qənaətə zərurət duyulmur. Bununla belə, israfçılıq etməyin. Mənasız eksperimentlər aparmayın, bütün qüvvənizi və diqqətinizi real məqsədlərə yönəldin.

Günün ikinci yarısında hədəfləri təftiş etsəniz, real nəticələr əldə edəcəksiniz. Yaradıcılıq layihəsinə başlamaq, yaxın perspektivin planlarını yeniləmək olar. Risk etməkdən qorxmayın. Bununla bahəm illüziyalara qapılmayın, xam xəyallara aldanmayın.

Dolça - məqsədlərinizə çatmaq üçün xeyli çətinlikləri dəf etməli olacaqsınız. Sədlər və maneələrin sayı artacaq. Texniki, xidməti və məişət problemlərinin sayı artacaq. İradlar çoxalacaq, tələbat güclənəcək.

Günün ikinci yarısında ambisioz insan təsiri bağışlamayın. Haqlı olduğunuzu nəyin bahasına olursa-olsun göstərməyə çalışmayın. Rəqibləri haqlayın və onları geridə qoyun. Başqasının fəaliyyət arealında ehtiyatlı davranın.

Qələbələr asan başa gəlməyəcək. Axşam saatlarında travma və ya mənəvi məğlubiyyət riski var.

Balıqlar - ikinci dərəcəli işlərə diqqətiniz yayılmasın. Cari işlərlə məşğul olun, rutin məsələlərdən usanmayın. Əsas məqsədə doğru aparan yolda qətiyyətlə irəliləyin. İşlər nə qədər artırsa, ödəniş və gəlirlərlə bağlı problemlər sizi daha çox narahat edəcək.

Günün ikinci yarısında bilik və bacarıqlarınızı bilərəkdən az göstərməyə çalışmayın. Artıq heç nə istəməyin. Tələblərin zamanı deyil. Aradığınız məlumatı internetdə tapa bilərsiniz. İşdə rəhbərliklə mübahisə etməyin. Heç bir real səbəb olmadan həmkarlarla münasibətləri korlamayın. Səhhətinizə fikir verin.

Maraqlı     Baxılıb: 2143   Tarix: 03 oktyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

Bu gün Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək

Bu gün Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək. report-a istinadən xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik

Nizami Tibb Mərkəzinin direktor müavini, doğum evinin rəhbəri təyin olunan professor Fərəh Qaraqurbanlı tanınmış ailənin nümayəndəsidir. "Yeni Sabah"a istinadən xəbər verir ki, o, akademik Afad Qurbanovun qızıdır

turlar.az

yay kolleksiyasi toy makiyaji sekilleri makiyaj instagram qış xəstəlikləri adət ənənələr zərdəçal yay donlari 2026 kosmetika qızlıq pərdəsi gəncə kley lekesi qiz burcu veten seirleri