Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur' - Səidə
"Həyat yoldaşımın mənə ailəmlə görüşməyə mane olması iddiaları yalandır. Yoldaşım mənim anamla məndən daha yaxın idi, bütün günü onu aparırdı, gətirirdi. İndi o pis oldu?"
azxeber.com xəbər verir ki, bu sözləri bir neçə gün öncə 10 ildir anası ilə danışmadığını etiraf edən müğənni Səidə Dadaşova deyib.
"Tarixin bir günü" verilişində qonaq olan sənətçi, həyat yoldaşı ilə bağlı səsləndirilən fikirləri də rədd edib:
"Biz üç uşağıq. Bir bacım, bir qardaşım var. Ata mülkünü böləndə hər şeyi qardaşım həll etdi, mən heç nə bilmədim. Mən atamdan gələn heç bir şeyə narazı deyildim. O özü mənim üçün sərvət idi. Ondan mənə mal-mülk qalması önəmli deyildi. Bəziləri mənə yazır ki, tək qalmısan. Belə deyil, mənim yanımda övladım, ailəm, qaynanam, yoldaşım var. Şərt qan bağının olması deyil. Həyat yoldaşımın mənə ailəmlə görüşməyə mane olması iddiaları yalandır. O mənim anamla məndən daha yaxın idi, bütün günü onu aparırdı, gətirirdi. İndi yoldaşım pis oldu? Mənim yoldaşım onların sözü ilə oturub-durmadı, atamı daha çox istədi deyə onlar dəyişdi. Mən onların nəyinəsə görə yanlarına sığınacaq insan deyiləm.
Atam mənim böyüyüm idi. Mən soyadımı laiqincə daşıyıb, ona sadiq övlad olmuşam. Mənim üzərimdə atamdan başqa heç kimin haqqı yoxdur. Dünyaya gətirməklə iş bitmir, mən anamdan istədiyim sevgini ala bilməmişəm. O bu gün sağdırsa və neçə yaşı olur-olsun, mənim yanımda olmalı idi. Çünki mən də anayam və bu gün övladımın yanındayam, olacağam da".
Aysel









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Tünd kişmiş cavanlaşdırır
Yuxudan duran kimi bunu edin
Bu yaşda ət yemək ömrü uzadır
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Evdə stress yaradan 5 şey