Atasız dünyaya gələcək şəhid övladı, ölümdən bir saat öncə vida zəngi - VIDEO/REPORTAJ

Atasız dünyaya gələcək şəhid övladı, ölümdən bir saat öncə vida zəngi - VIDEO/REPORTAJErmənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Fuad Qafarov şəhid olmamışdan öncə atasına zəng vurur. Onunla və əmisi ilə görüşmək istədiyini bildirir.

Şəhid olmamışdan bir neçə saat öncə də atası Fərhad Qafarov və həyat yoldaşı ilə telefonla danışır. Azyaşlı övladını və tezliklə ana olmağa hazırlaşan həyat yoldaşının səhhətini soruşur: "Təxminən 20 gün bundan öncə zəng elədi ki, əmimi də götür gəl sizinlə görüşmək istəyirəm. Görüşdük. Apardı bizə xidmət elədiyi əraziləri, düşmən postlarını göstərdi. Ruh yüksəkliyi var idi. Hərtərəfli insan idi. Şəhid olmamışdan öncə mənə zəng vurmuşdu. Dedi ki, tabeliyimdə olan əsgərlərdən cavabdehəm, başımla cavab verirəm. Elə başından da getdi. Bir saat qabaq da həyat yoldaşına zəng vurub".

Niyazabad kənd orta məktəbində təhsil alan şəhid Fuad Qafarovu müəllimləri də xoş sözlərlə xatırlayır.

Məktəbin direktoru Əmirxan Sərdarov deyir ki, Fuad məktəb illərində öz ədəb-ərkanı ilə seçilən şagirdlərdən olub: "Məktəbin 9-cu sinfini 2003-cü ildə bitirib, sonra təhsilini rayonda davam etdirib. Hərbi xidmətdə də, məktəb illərində də onun Vətənə, torpağa bağlılığını müəllimləri də təsdiqləyir".

Müəllimi Nazim Mövlanov da onunla fəxr etdiklərini bildirib: "Bütün müəllim kollektivi, bütün kənd onu layiqli, tərbiyəli oğlan kimi tanıyırdı. Vətənin, həmyerlilərinin fəxr edə biləcəyi bir gənc idi. Biz çox təəssüf edirik ki, onun taleyi belə yekunlaşdı. Ancaq o, bizim qəlbimizdədir, ruhu bizim xalqımızladır. Allah rəhmət eləsin!"

Qeyd edək ki, Fuad Qafarov fevralın 11-də axşam saatlarında ermənilərin işğal olunmuş ərazilərimizdən mövqelərimizi atəşə tutmasının qarşısı alınarkən atışmada şəhid olub.
Xanim.az lent.az-ın hazırladığı reportajı təqdim edir:

Xəbərlər     Baxılıb: 2019   Tarix: 15 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

yaz geyimleri 2026 geyim dəbləri geyim və ayaqqabılar ana haqqinda atalar sozleri qadın və cəmiyyət elm aid atalar sozleri qadin.az kosmetika hakışta google salatlar hakisda arıqla