ATV-nin ikili mövqeyi: sərsəmlik edən kimdir?

ATV-nin ikili mövqeyi: sərsəmlik edən kimdir?Aparıcılar bir-birini ittiham edir

LİDER telekanalının Rusiyadakı müxbiri Anar Həsənovun işdən azad edilməsi Azərbaycanda bir neçə gündür müzakirə predmetinə çevrilib. Jurnalistin Rusiya Xarici İşlər Naziri Sergey Lavroya verdiyi suala görə işdən çıxarılması məsələyə diqqəti daha çox artırdı. Təkcə sıravi vətəndaşlar deyil, hətta bir sıra rəsmi qurumlar, o cümlədən, ATV telekanalı da məsələni müzakirəyə çıxarıb. Lakin ATV mövqeyi tam bilinmir. Gah nala vurur, gah mıxa... Belə getsə, əlinə də vuracaq.

Belə ki, ATV-də "Xəbərlər Departamenti"nin rəhbəri, xəbərlər verilişinin əsas buraxılışlarının aparıcısı Vaqif Aydınoğlu hadisəni şərh edərkən Rusiya XİN-i canlı yayımdan təhqir etməkdən belə çəkinmir:

"Həftənin ən çox müzakirə olunan hadisəsi Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişənin həllinin Azərbaycanın daxili işi olmamasına dair sərsəm açıqlama etməsi oldu. Azərbaycanlı jurnalistin ona ünvanladığı məntiqli və haqlı sualın təsirindən Lavrov, sanki Rusiyanın yox, Ermənistanın XİN-i kimi özünü hiss etdi. Sualı da elə erməni kimi cavablandırdı. Lavrovun beynəlxalq hüququn prinsiplərini çeynədiyi son açıqlamasına isə bizim Xarici İşlər Nazirliyimiz cavab yox, reaksiya verdi. Çünki verilən açıqlama cavabdan çox reaksiyaya bənzəyirdi".

Bu od püskürən açıqlamadan sonrası ATV-də tamam fərqli fikirlər səsləndi. "ATV Səhər" verilişinin aparıcısı Turan İbrahimov "Xəbərlər Departamenti"nın rəhbəri Vaqif Aydınoğlunun dediklərini üstü örtülü formada sərsəm açıqlama adlandırdı:

"İndiki dövr Rusiya Azərbaycan münasibətləri baxımından tam fərqli bir dövrdür. İndiki məqamda anti-Rusiya mövqeyi ancaq düşmənlərimizin işinə yarıyır. Bunu daha necə izah edim, bilmirəm?! Çünki Qarabağ məsələsi, işğal altındakı ərazilərimiz Azərbaycanın daxili işi, Azərbaycanın öz işi olmaqdan çoxdan çıxıb. Bunu qəbul etmək lazımdır. Bu geosiyası oyunun bir parçasıdır. Bizə qalsa, dediyim kimi, torpaqlarımızı 24 saat ərzində işğaldan azad edərik. Amma işğaldan azad edib, onun suverenliyini qoruyub saxlaya bilərikmi? Böyük güclər buna imkan verərmi? Xeyr!"

Xəbərlər     Baxılıb: 2050   Tarix: 24 yanvar 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş

Bu gün saqqız adi və zərərsiz vərdiş kimi qəbul olunsa da, onun tarixi minilliklər əvvələ gedib çıxır. İnsanlar hələ qədim dövrlərdə müxtəlif bitki qatranlarını çeynəyərək həm ağızlarını təmizləməyə, həm də nəfəsi təravətləndirməy

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

turlar.az

kosmetik vasiteler toy makiyajlari maskalar hamilə qadın qara qaragatin faydalari diş ağrısı cizgi filmləri kosmetika gözellik banan saglam qidalanma vətən baldiza aid