Avropada həyat normallaşmağa başlayır

Avropada həyat normallaşmağa başlayırAvropada 85 mindən çox insanın ölümünə səbəb olan koronavirusa qarşı sərt mübarizə bəzi ölkələrdə yumşalmağa başlayıb.
Epidemiya Avropada təsirini davam etdirsə də, yeni yoluxanların və ölənlərin sayında azalma həyatın normallaşması düşüncəsini formalaşdırır.
Avstriya başda olmaqla, bir çox ölkələr Pasxa bayramından sonra virusa qarşı mübarizə çərçivəsində tətbiq olunan bəzi qadağaları yumşaltmaq yolunda ilk addımlarını atıb.
Belə ki, Avstriyada 14 apreldən etibarən sahəsi 400 kvadrat metrə qədər olan müəssisələrin fəaliyyət göstərməsinə icazə verilib, park və bağçalar açılıb.
Komendant saatı ilə bağlı məhdudiyyətin aprel ayının sonunadək uzadıldığı ölkədə mayın 2-dən etibarən ticarət mərkəzlərinin, bərbərxanaların və müxtəlif iş yerlərinin fəaliyyət göstərəcəyi açıqlanıb.
Peşəkar idmançılara və birinci futbol liqası komandalarına məşq etməyə icazə verilib. Mayın 1-dən etibarən tennis, qolf və atçılıq kimi idman növlərinə icazə veriləcəyi də qeyd edilir.
Avropada koronavirusdan ilk və ən çox təsirlənən ölkələrindən biri olan İtaliyada gündəlik ölüm və yoluxma halların azalması ilə tədricən normal həyata dönüş müzakirə olunmağa başlayıb.
Ölkə daxilində sərt tədbirlərin mayın 3-dək uzadıldığı İtaliyada hökumət aprelin 14-də normal həyata qayıdışın ilk addımlarını atmağa başlayıb.
Məcburi ehtiyaclar xaricində evdə qalmaq, məktəbləri bağlamaq, həyati vacib olmayan bütün istehsal fəaliyyətlərini dayandırmaq kimi ciddi tədbirlərin davam etdiyi İtaliyada hökumət kitab mağazalarını, körpə və uşaqlar üçün məhsullar satan mağazaları açmaq qərarına gəlib.
Eyni zamanda, meşəçilik fəaliyyəti, meşə sənayesi və kənd təsərrüfatı istehsalı da daxil olmaqla, bəzi sektorlar üçün yaşıl işıq yanıb.
Yoluxma və ölüm halları azalmaqda davam edərsə, mayın 3-dən sonra sosial məsafə qaydalarına riayət etməklə insanların maska ​​ilə küçəyə çıxmasına icazə verəcək. Hökumətin məhkəmələrin, restoranların və bərbərxanaların may ayında müəyyən şərtlər altında açılmasına icazə verməyi planlaşdırdığı bildirilir.
Fransada mayın 11-dən etibarən ölkədə tədricən məktəblər açılacaq, universitetlər isə yaya qədər bağlı qalacaq.
"Koronavirusun peyvəndi olmadan normal həyata qayıtmağın mümkünsüzlüyü"nü vurğulayan İspaniya hökuməti də epidemiya nəticəsində ciddi ziyan görən ölkə iqtisadiyyatında itkiləri azaltmaq və tədricən gündəlik həyata qayıtmaq üçün addımlar atmağa başlayıb.
Tikinti sənayesi işçilərinin, istehsal yönümlü kiçik və orta sahibkarlığın, kiçik ticarət adamlarının işlərinə qayıtmalarına icazə verilib.
Ölkədəki işçilərə iş yerlərindəki sosial məsafəni qorumaq, maska ​​taxmaq və lazım gələrsə, qoruyucu kostyum geyinməyi tövsiyə edən məmurlar əhaliyə on milyon pulsuz maska paylayıblar.
Aprelin 15-dən Danimarkada uşaq bağçaları və ibtidai məktəblər yenidən açılıb. Bundan əlavə, digər təhsil müəssisələri də qapılarını açacaqlar.
Almaniyada aprelin 20-dən 800 kvadrat metrədək mağaza və bərbərxanalar ciddi gigiyena qaydalarına riayət etmək şərtilə açılacaq. Mayın 4-dən etibarən tədricən məktəblər, zooparklar, kitabxanalar və muzeylərin açılacağı qeyd edilir.
Almaniyada avqustun 31-dək kilsə, məscid və sinaqoq kimi ibadət yerlərində kollektiv ibadət qadağası davam edəcək.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1189   Tarix: 16 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

reseptler geyim necə seçməli geyim və ayaqqabılar balamı sevirəm xina haqqinda melumat maraqli hind filmleri meyveli tort kosmetika hamilelik anabaci novruz bayrami hakisda rus dilin nece orenek cekc pornuxa