"Avroviziya-2021"in final tarixləri bəlli oldu
2021-ci ildə Hollandiyanın Rotterdam şəhərində keçiriləcək "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin yarımfinal və final tarixləri açıqlanıb.
"Ahoy" konsert zalının arenasında təşkil olunacaq yarışmanın birinci yarımfinalı may ayının 18-i, ikinci yarımfinalı 20-si, böyük final isə 22-də baş tutacaq.
Ölkəmizi "Avroviziya-2021" beynəlxalq mahnı müsabiqəsində müğənni Samirə Əfəndi təmsil edəcək.
Qeyd edək ki, "Avroviziya 2020" mart ayının 18-də koronavirus pandemiyası səbəbindən ləğv olunub.
Müsabiqənin təşkilatçıları iştirakçı ölkələrin istədikləri qaydada 2021-ci ildə keçiriləcək yarışmadakı nümayəndələrini dəyişə və ya saxlaya bildikləri haqqında məlumat veriblər. Belə olan halda isə onlar artıq yeni kompozisiyalarla çıxış edəcəklər. (Oxu.Az) /open.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür