Ay qardaş, axı sən təkbaşına kimə lazımsan?' - Sərxandan Murad Arifə cavab
"Televiziya heç kəs üçün örnək olmamalıdır, örnək deyil də. Örnək evdə gördüyün tərbiyədədir, ailədədir".
azxeber.com xəbər verir ki, bu sözləri aktyor, aparıcı Sərxan Kərəmoğlu deyib.
"Rəngərəng" verilişinə telefonla bağlanan Sərxan son günlərdə televiziyalar haqda yaranan qalmaqala münasibət bildirərək onlarda günah görmədiyini bildirib:
"Televiziya heç kəs üçün örnək olmamalıdır, örnək deyil də. Örnək evdə gördüyün tərbiyədədir, ailədədir. Bu mövzunu aylarla, illərlə müzakirə etmişik. Amma kimlərinsə haqqına girib ümumi danışmaq olmaz. Ad çəkməlisiniz, fikriniz nədir açıq deməlisiniz".
O müğənni, bəstəkar Murad Arif haqda da danışıb:
"Murad Arif deyir ki, məni efirə tək çağırın, ancaq kliplərim yayımlansın. Ay qardaş, axı sən təkbaşına kimə lazımsan? Kanal məbəd deyil, pir deyil ki, ona and içək. Televiziyalar heç kəsə örnək olmamalıdır. Örnək olacaq insanlar evdədir, ailədədir, nənədir, babadır. Televiziyaları bu qədər vurmaq olmaz. Nə qədər də sosial şəbəkələr aktiv olsa, televiziya başqa bir gücdür".
Xatıladaq ki, Murad Arif çıxışında televiziya verilişlərini tənqid edərək narazılığını bildirmişdi. Sənətçi, verilişə tək çıxaraq sadəcə mahnı oxumaq istədiyini bildirmişdi.
Şəhanə









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür