"Ay Şahin sən nə "yalançıymışsan!"" - Etibar Hüseynov

"Ay Şahin sən nə "yalançıymışsan!"" - Etibar HüseynovXəstəxanalara qarşı bir antipatiya, fobiyam var sanki.. Çünki hər iki valideynim uzun müddət xəstəxanalarda yatıb. Yadıma düşəndə indi də ətim ürpənir- o yemək və dərman qoxulu yarıqaranlıq dəhlizlər və palatalar, arxasıüstə uzanıb nəzərlərini tavana dikərək sonsuzluğa zilləyən ümidsiz xəstə baxışları, xəstə yaxınlarının yaşlı gözləri, pıçıltılı duaları və xəstəxanaların adamın üyərini məngənə kimi sıxan qaramat aurası. Ona görə də hətta ən yaxın adamlarımı da müxtəlif bəhanələrlə xəstəxanada ziyarət etməkdən yayınıram, məndən nə qədər inciyən olsa belə. Bu səbəbdən də Şahinlə də elə ilk gündən ya telefonla danışır, ya da Facebookda yazışırdıq. Bir gün zəng edib "Etibar müəllim, vacib işim var sizinlə. İmkan varsa, görüşək"- dedi. Şəhərdə çay süfrəsi arxasında görüşdük. Aman Allah, indi də yadıma düşəndə dəhşətə gəlirəm. Adamın rəngi-ruhu, əti-qanı yerli-yerində, sapsağlam- mən də daxil olmaqla, ətrafdakılardan da gümrah. Amma gerçəkdə, di gəl ki, Əzrayılla çilingağac oynayır. EY HƏYAT, SƏN NƏ QƏRİBƏYMİŞSƏN.... Bir xeyli dərdləşdik Şahinlə. Sonra keçdi mətləbə:

- Bu müddət ərzində fikirləşməyə xeyli vaxtım olub. Bir ideyam var. İstəyirəm film çəkim. Süjet xətti belədir- bir nəfər gənc namusuna sataşdığına görə öz patronunu amansızcasına qətlə yetirir və ölüm hökmünə məhkum olunur. Türmədə bütün olub keçənlər kino lenti kimi gözünün onündən gəlib keçir. Paralel olaraq özünü ölümə hazırlayır. Bu ərəfədə Avropa Şurasına üzv olan Azərbaycanda ölüm hökmü ləğv edilir. Əzrayıla təslim olmağa köklənən gəncin düşüncə və həyata baxışları bir anın içərisində dəyişir və.s

Bütün bunları Şahin elə həvəslə danışırdı ki..
- Etibar müəllim, bilmirəm, nədənsə mənə elə gəlir ki, bu filmin ssenarisini sizdən yaxşı heç kim yaza bilməz. Orada bir epizodik deputat rolu da olacaq, sizi çəkməyi düşünürəm. Xahiş edirəm, etiraz etməyin.

" Yox, onun xərci var" deyə, zarafat etdim. Elə yerindəcə mən və görüşdə iştirak edən Asəf Quliyev bir sıra ideya və təkliflər söylədik. Ürəyincə oldu. Sevincindən az qala göylərə uçacaq kimi idi. "Nə olar, tez yazın da bütün bunları!"dedi.

Ürəyimdən keçənləri dilimə gətirdim:

- Əziz qardaşım, nə desən, canla-başla qulluğunda hazıram. Amma bir şərtlə- Allahın köməkliyi ilə sağalb gələrsən, ondan sonra. Çünki sən xəstə ikən mən fikrimi cəmləyib bunu yaza bilmərəm. Tam sağal, mən də dizimi yerə qoyub, gecəmi gündüzümə qatıb uzağı bircə aya ürəyin istəyən ssenarini qabağına qoyacağamm, SÖZ!

Razılaşdıq. Bir qədər də söhbətləşəndən sonra ayrıldıq. Ayrılarkən "bəlkə bir şəkil çəkib paylaşaq "dedi. "Qurban sənə, mən elə şeyləri xoşlamıram. Yəqin ki, müşahidə etmisən. İnşallah tam sağal,qolboyun sarılıb çəkdirərik"- deyə etiraz etdim.

Beləcə ayrıldıq. İki gün sonrasa Şahinin vəziyyətinin yenidən ağırlaşıb komaya düşməsi xəbərini eşitdim. Bu günsə.. Ey həyat sən qəribə, ay Şahin sən nə "yalançıymışsan!"

Etibar Hüseynov

Xəbərlər     Baxılıb: 3360   Tarix: 17 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

turlar.az

donlar 2026 gelinlikler hamilelikde qidalanma ari mehsullari avto qadın baş gicəllənməsi portagalin faydasi kosmetika atalar sozleri ziyafet geyimleri toy gecesı qız bürcü hakisda