Ayaq ağrılarının gizli səbəbi üzə çıxdı
Diz və omba oynaqlarında ağrılar bəzən gizli səbəbdən yaranır.
Milli.Az xəbər verir ki, bu barədə rus və çinli alimlər deyib.
Seçenov Universitetinin və Çinli tədqiqatçıların birgə araşdırmasına görə qadınlarda diz və omba oynaqlarının osteoartritində qanda selenium, sink, dəmir və vanadium kimi mikroelementlərin azalması xəstəliyin ağırlığı və zədələnmiş oynaqların sayı ilə əlaqəlidir.
Araşdırma Biological Trace Element Research jurnalında yayımlanıb. 300-dən çox qadın arasında aparılan müqayisə göstərib ki, osteoartrit olanlarda selenium və sinkin səviyyəsi sağlamlarla müqayisədə orta hesabla 7-9 faiz, dəmirin səviyyəsi isə 18 faiz daha aşağı olub. Alimlər yaş, bədən çəkisi və yanaşı xəstəlikləri nəzərə alsalar da, bu mikroelement çatışmazlığı ilə osteoartrit arasında əlaqə davam edib.
Tədqiqatçılar bildiriblər ki, bu pozuntular oynaqlarda oksidativ stres və iltihabi reaksiyanı artıraraq xəstəliyin gedişatını ağırlaşdıra bilər. Eyni zamanda, fərdi yanaşma ilə bu elementlərin qəbulunun osteoartritin inkişafını ləngidə biləcəyi güman edilir, lakin bunun üçün əlavə klinik sübutlara ehtiyac var.
Qeyd edək ki, əvvəllər alimlər podaqraya qarşı birbaşa oynaq toxumasına dərman daşıya bilən nanozərrəcik və hidrojel texnologiyası hazırlamışdılar.
İsmayıl
Milli.Az









Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Arzuolunmaz hamiləlik
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Azərbaycanlı musiqiçi intihar edib
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Mixək çayının yaddaşa faydası
Bred Pittin yeni sevgilisi - Foto
Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi
P.Diddi həbsxanadan xəstəxanaya aparıldı