Ayaqlardakı qabarlardan necə xilas olaq?

Ayaqlardakı qabarlardan necə xilas olaq?Qabarlar ayaq dərisinin uzun müddət ərzində sürtünməsi və ya sıxılması nəticəsində əmələ gəlir.

Düzgün seçilməmiş, cod ayaqqabı, keyfiyyətsiz corablar, dərinin həddən artıq tərlənməsi ayaqlarda qabarların əmələ gəlməsinə təkan verir.

Qabarlar quru və ya sulu ola bilər. Quru qabarların səbəbi insanda artıq çəkinin olması və ya hündürdaban ayaqqablarının müntəzəm geyinilməsidir.
Sulu qabarların səbəbi təzə ayaqqabı olur. Sürtünmə nəticəsində dəri qızarır və şişir, daha sonra burada şəffaf maye və ya bəzən qanla dolu olan suluq əmələ gəlir.

Sulu qabarları quru qabarlarla müqayisədə müalicə etmək daha asandır. Sulu qabarları müalicə etmək üçün ilk növbədə qabarın əmələ gəlməsinə səbəb olan ayaqqabını (və ya corabı) digəri ilə əvəz edin. Sulu qabarı deşmək olmaz - bu yaraya infeksiyanın düşməsinə səbəb ola bilər.
Qabara plastır yapışdırmayın - bu sağalma prosesini ləngidir.

Quru qabarları (xüsusilə onlar köhnə olduqda) müalicə etmək daha çətindir. Hal hazırda apteklərdə qabarları xaric etmək üçün çoxlu sayda müxtəlif vasitələr satılır. Onlar qalınlaşmış dərini yumşaldır və bu dəri sonra mexaniki olaraq xaric olunur. Ən sadə və ucuz vasitə - salisil məlhəmidir.

Məlhəmi çəkdikdən əvvəl ayaq dərisini buxara vermək lazımdır. Bunun üçün vannaya qaynar su tökün, bir qədər soda və duş üçün gel əlavə edin və ayağınızı bu suda 10-15 dəqiqə ərzində saxlayın. Daha sonra dərini qurulayın, qabarın üzərinə salisil məlhəmi çəkin, bir qədər gözləyin və sonra üzərinə plastır yapışdırıb 12 saat saxlayın. Daha sonra plastırı çıxardın və yumşalmış dərini pemza (daban daşı) ilə təmizləyin. Bu proseduru bir neçə dəfə etmək lazımdır.

Xüsusi qabar plastırı olan "Salipod" da çox ucuz və effektli vasitədir. Dərini buxara verdikdən sonra qurulayın və qabar yerinə plastır yapışdırıb 1-2 gün saxlayın. Daha sonra plastır çıxarılır və yumşalmış dəri xaric olunur.

Xalq təbabətində quru qabarlarla bu kimi üsullarla mübarizə aparırlar:

- 1 diş sarısaq (və ya 1 tikə soğan) çox xırda doğranılır və buxara verilmiş qabarın üzərinə qoyulur. Üzərinə tənzif salfeti qoyun və bintlə bərkidin. Sarımsağı ayaqda axşamdan səhərə kimi saxlamaq lazımdır. Sonra isə ayağı yuyun və yumşalmış dərini xaric edin.

- Limon qabığı. (İstifadəsi yuxarıda olduğu kimidir.)

- Kəsilmiş aloe yarpağı. (İstifadəsi yuxarıda olduğu kimidir.)

- Pomidor dilimi. (İstifadəsi yuxarıda olduğu kimidir.)
- Dəmrovotu şirəsi də yaxşı effekt verir.

Sağlamlıq     Baxılıb: 2661   Tarix: 09 sentyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

turlar.az

geyim necə seçməli aksessuarlar qadın geyimi əqrəb bürcü viktoriya sekret məlhəmlər toy dəbi kosmetika veten haqqinda atalar sozleri vətən atalar sözləri ağır itki turpun nağlı