Ayaqların şişməsi hansı xəstəliyin əlamətidir? - Həkimdən XƏBƏRDARLIQ

Ayaqların şişməsi hansı xəstəliyin əlamətidir? - Həkimdən XƏBƏRDARLIQ"Ürək çatışmazlığı varsa, ürəyin qanı vurma və toplama gücü azaldığından bədəndəki qan damarlarda yığılır, hidrostatik təzyiq nəticəsində damar xaricinə çox miqdarda maye sızır və şiş yaranır".
Publika.az xəbər verir ki, bu sözləri Türkiyəli endokrinoloq Öndər Ovalı deyib.
Mütəxəssis vurğulayıb ki, ödəm xəstəlik deyil, xəstəlik əlamətidir:
"Uzun avtobus səfərlərindən sonra hər kəsin ayaqlarında müəyyən qədər şiş yaranır. Ya da bir yerə şiddətli vurduğumuz zaman o nahiyə şişməyə başlayır. Travma və dəri infeksiya kimi toxuma bütövlüyünün və müqavimətinin pozulduğu hallarda ödəm əmələ gəlir. Normalda dəri və digər toxumalarda hüceyrələr arası məsafədə görünməyən səviyyədə bir miqdar maye var. Ancaq toxumalarda normadan artıq maye yığılmasına ödəm deyilir. Yığılmış mayenin həcmi beş litrdən çox olduqda ödəm insanın zahiri görkəmində özünü hiss etdirir".
O bildirib ki, ödəmin əsas səbəbi ürək çatışmazlığı ola bilər. Həkimin sözlərinə görə, ödəmin təsiri ayaqlarda daha qabarıq olmaqla yanaşı, gələcək mərhələdə budlarda, beldə, qarın boşluğunda, bədənin hər yerində, hətta daxili orqanlarda belə yarana bilər. Xüsusilə ağciyərdəki ödəm səbəbilə xəstələr təngənəfəslikdən əziyyət çəkir və bu xəstələr oturaq vəziyyətdə yatmaq məcburiyyətində qalır".
Şişkinliyin digər səbəbləri kimi allergiya, hormonal pozğunluq, böyrəklərin zəif işləməsi, ürəyin zəif olması, hədsiz çox su içmək, düzgün qidalanmamaq, oturaq həyat tərzi, ayağı ayağın üstünə aşırıb oturmaq, oturaq iş, isti hava, narahat ayaqqabı, hamiləlik, böyrək və həzm sistemi xəstəlikləri göstərilib. /publika.az

Sağlamlıq     Baxılıb: 3283   Tarix: 31 avqust 2019
f Paylaş

Oxşar xəbərlər

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

turlar.az

maskalar sac duzumleri reseptler əbdürrəhim bəy haqverdiyev qargidali salati uşağın sağlamlığı qonaq otağı üçün pərdələr kosmetika hakisda yutube haqisda sanamalar sağlıq