Aygün Bəylərin qardaşı əfv üçün Prezidentə müraciət etdi - FOTO
Dünyasını dəyişmiş Əməkdar artist Aygün Bəylərin həbsdə olan qardaşı Abbas Hümmətov və bacıları ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıblar.
azxeber.com "Unikal"a istinadən xəbər verir ki, müraciətdə Əməkdar artistin qardaşı törətdiyi əməldən peşman olduğunu, artıq cəzasının yarıdan çox çəkdiyini və zərəçəkmişlə barışıq əldə etməsini əsas gətirərək Prezidentin humanistlik göstərərək onu əfv etməsini xahiş edir.
Müraciətə Aygün Bəylərin 4 bacısı və 13 yaşlı qızı Canan Hümmətova da qoşulub.
Qeyd edək ki, Abbas Hümmətov Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovla birlikdə 2013-cü ilin iyunun 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovu qətlə yetirərək Qala qəsəbəsində əvvəldən müəyyən etdikləri yerdə basdırıblar. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən cinayətin üstü açılıb. Məhkəmənin hökmü ilə Abbas Hümmətov 14 il müddətə həbs edilib.










Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur
"100 dollar götürdük, çox utanırdım" - Emindən maraqlı etiraf
Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO
Yuxusuz qalanlar bunu mütləq bilməlidir
Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər
Alkoqol içənlərin beynində nə baş verir? - Alimlər səbəbini açıqladı
Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr