"Aygün yaxşı edib" - İlhamə
"Aygünün mənimlə gözəl münasibəti var. Qulluqçumu evdən aparanda Aygün zəng vurdu ki, karaleva, gecə səhərəcən yatmamışam, bu nə məsələdir, ürəyim ağrıyır, nə yaxşı vaxtında xəbər tutmusunuz? Xəstəxanada yatanda zənbil göndərmişdi".
Xalq artisti İlhamə Quliyeva APA-ya müsahibəsində həmkarı Aygün Kazımova ilə yaşadığı qalmaqaldan danışıb:
"Neçə illərdir mənim Flora Kərimova ilə münasibətim yoxdur. Baxmayaraq ki, sənətinə hörmətim var, bu, ömrümün axırına qədər də belə olacaq. O gün deyib, İlhamənin yeri xəstəxanadır. Get, bir özünə, xarici görünüşünə bax da, ay Flora. Məndən nə istəyirsən? Sən mənim nənəm yaşındasan. Bir neçə il qabaq fikirləşdi ki, məni nə ilə gözdən salmaq olar?
Başladı danışmağa ki, guya mən anamı döyürmüşəm. Əstəğfürullah, bu nə sözdür. Bundan pis söz, acınacaqlı dərd yoxdur. Mən də onu məhkəməyə verdim. Neçə illərdir danışır, söyür, deyinir, fikir vermirəm. Düşünürəm ki, mənə çata bilmir, içi yanır. Amma anama toxunanda dedim, yox, bunu bağışlamaq olmaz. Məhkəməni uddum. Anama gözümün yağını yedirtmişəm. Ona deyirdim, mən ölüm, sən qal. Həbib müəllimin oğlu olmadığı üçün onun tabutunun altına mən girmişəm. Anamı da çiynimdə aparmışam, dəfn eləmişəm. (Ağlayır).
Anam o qədər gözəl insan idi... Nə isə. Məhkəmədə Floranı uddum, amma təzminatı almadım. İndi gəlirəm Aygünün məsələsinə. Aygünün mənimlə gözəl münasibəti var.
Qulluqçumu evdən aparanda Aygün zəng vurdu ki, karaleva, gecə səhərəcən yatmamışam, bu nə məsələdir, ürəyim ağrıyır, nə yaxşı vaxtında xəbər tutmusunuz? Xəstəxanada yatanda zənbil göndərmişdi. Yaxşı bəs o dediyin nə idi? Çox qəzəbləndim. Məlum oldu ki, bir sayt mənim adımdan müsahibə verib ki, guya senzuradan kənar sözlər demişəm. Heç vaxt cəmiyyətə, dördüncü hakimiyyətə o sözləri demərəm. Ən ağır sözüm axmaqdır. Demə, həmin sayt mənim dilimdən Aygün haqqında belə sözlər yazıb. Aygün ona görə belə qəzəblənib. Yaxşı edib, amma... ana məsələsinə toxunmaq olmaz".
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Tərəf müqabili oldular
20 yaş cavanlaşmağın qiyməti bilindi - Ebru sərvət ödədi
Bağırsaq sağlamlığını yaxşılaşdırmağın 5 elmi yolu
Qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq' - Xalq artisti
Məni Vaqif Gərayzadənin ad gününə çağırmadılar
Demans riskini azaltmaq üçün ideal yuxu müddəti