Azad Rəhimov "Buta Palace"-ın art direktorunu ömürlük həbsə yollatdıra bilər

Əksəriyyət ona ömürlük cəza verilməsinin tərəfdarıdır.
Azad Rəhimov "Buta Palace"-ın art direktorunu ömürlük həbsə yollatdıra bilərSabiq polis rəisi Mahmud Hacıyev baş verən dəhşətli olayla bağlı "Yeni Müsavat"a deyib ki, narkotik vasitənin təsiri altında cinayət törədən şəxslər cəmiyyətdən təcrid olunmalıdır: "Belə hallarda yanaşma bir qədər fərqlidir. Araşdırmaq lazımdır ki, adam "şiravoy", yəni pis formada narkoman olub, yoxsa təzə başlayan narkotik istifadəçisidir. Ola bilər "lomka"sı tutub, belə bir ağır cinayət törədib. "Lomka"sı tutan narkomandan başqa nə gözləmək olar?! Cinayət və yenə də cinayət! Yəni söhbət qısqanclıq, qisasçılıq, xuliqanlıq zəminində törədilən cinayətdən getmir".
Azad Rəhimov "Buta Palace"-ın art direktorunu ömürlük həbsə yollatdıra bilərMahmud Hacıyev deyir ki, narkomanlarla bağlı birmənalı yanaşmanın ortaya qoyulması çətindir: "Narkomandır deyib cəmiyyətdən silmək olmur, narkomandır deyib, yola vermək də mümkün deyil. Xaricdə, sivil hüquqi dövlətlərdə belə adamlara bədbəxt, xəstəhal adamlar kimi baxırlar. Belə adamlar cinayət törədəndə onları qatı cinayətkar kimi də qəbul etmirlər. Bu adamlar xəstədirlər və çalışırlar ki, cəmiyyətdən təcrid edib müalicə etsinlər. Sivil ölkələrdə belə adamların dəqiq siyahıya alınması aparılır, hansı mərhələdə olması - başlanğıc, illərin narkomanı olub-olmaması, neçə dəfə müalicə edilməsi, müalicənin effektivliyi və s. məqamlar nəzərə alınır. Belə adamların üzərində xüsusi nəzarət olur. Müalicəsi effekt verməyənlər xüsusi hərbiləşdirilmiş klinikalarda saxlanılırlar. Müalicə olmayanlar ömürlərinin axırına qədər orada saxlanılırlar. Belə adamlar vəhşi heyvan kimi olurlar. Maddəni qəbul edə bilməyəndə "lomka"sı tutur".
Azad Rəhimov "Buta Palace"-ın art direktorunu ömürlük həbsə yollatdıra bilərMahmud Hacıyev deyir ki, heç bir halda narkoman olması şəxsi törətdiyi ağır cinayətin məsuliyyətindən azad edə, onun vəziyyətini yüngülləşdirən hal kimi qəbul edilə bilməz.

İndi gözlər Azad Rəhimovdadır. Hər kəs bu olayla bağlı nazirin necə davranacağını maraq edir. Təbii, ailənin hazırda ağır günləridir, gənc bir qadın heç nədən həyatını itirib. Qadının həyat yoldaşının narkoman olduğunu yəqin ailədə hər kəs bilib. Fəqət bunu bilə-bilə gənc qadının və iki azyaşlı uşağın narkomanla eyni evdə yaşamasına göz yummaq ciddi mənəvi məsuliyyət yaradır. Zamanında qadının valideynləri bu işə müdaxilə edib, qızlarını narkoman kürəkəndən ayırmalı, təhlükəsizliyinin qeydinə qalmalıydılar. Amma bəzi saytlar yazır ki, Adelyanın valideynlərinin münasibəti normal olmayıb. Onların arasında mülkə görə məhkəmə çəkişməsi varmış. Görünür, valideynlərin başları aralarında davaya qarışdığından övladlarının necə bir təhlükəli həyatın içində olduğunu unudublar.
Azad Rəhimov "Buta Palace"-ın art direktorunu ömürlük həbsə yollatdıra bilərBəzi iddialara görə, gənclər və idman naziri baş verən olayı ciddi diqqətdə saxlayır. Deyilənə görə, o, qohumlarına bildirib ki, hüququn imkan verdiyi həddə qədər, xalasının nəvəsinin qatilinə məhkəmədə ən ağır cəzanın verilməsinə nail olmağa çalışacaq. O da bildirilir ki, ailə buna görə hətta xaricdən nüfuzlu vəkillərin dəvət olunması variantını da gözdən keçirir.

Mahmud Hacıyev də bu istiqamətdə maraqlı fikirlər deyib. Sabiq polis rəisi bildirib ki, qatil "Şiravoy" narkomandırsa, o, həbsə düşüb çıxandan sonra da cinayət törətməyə meylli olacaq: "Bunlar elə bir məxluqdur ki, azadlıqdan məhrum olunma yerində də maddəni tapıb istifadə edə bilirlər. Bu adamları azadlıqdan məhrum edib həbsə göndərirlər ki, tərbiyə alsın, orada da narkotik tapıb istifadə edir. Həbsdən çıxandan sonra isə belələri daha da aqressiv olur, bir az da cəmiyyətə qarşı nifrət hissi güclənir. Ona görə də belələrini, xarici ölkələrdə olduğu kimi, məcburi qaydada müalicəyə göndərib, oradan buraxmamaq lazımdır. Ömürlük olaraq cəmiyyətdən təcrid olunanlar da olur. Azərbaycanda isə belə effektiv müalicə müəssisəsi yoxdur".

mənbə: musavat.com

Xəbərlər     Baxılıb: 1906   Tarix: 14 dekabr 2018
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

kosmetik vasiteler yemek reseptleri qadın geyimi masaj faydalı qidalar saç düzümləri qırmızı xalça kosmetika veten haqqinda bayati faydalı bilgilər porno oxatan statuslar