Azərbaycan alimləri dərman hazırladı: xərçəng hüceyrələrinə son qoyulacaq - VİDEO

Azərbaycan alimləri dərman hazırladı: xərçəng hüceyrələrinə son qoyulacaq - VİDEOAzərbaycanlı alimlər daha bir uğura imza atıblar. Onlar xərçəng xəstəliyinə qarşı yeni dərman maddələri hazırlayıblar. Beynəlxalq mütəxəssislər tərəfindən müəyyən olunub ki, bu məhlullar mövcud olanlardan daha da effektlidir. Alimlərimiz bu məhlullarla daha bir neçə xəstəliyin müalicəsinə nail olacaqlar.

Ailem.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, Azərbaycan elm adamları bədxassəli şişin inkişafını dayandıran dərman maddələri kəşf edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutu Türkiyə, İtaliya və Səudiyyə Ərəbistanının aparıcı elmi müəssisələri ilə birgə tədqiqatlara başlayıb. Azərbaycanda əldə olunan 50 dərman maddəsi sınaqdan keçirilməsi üçün İtaliyaya göndərilib. Satışda olan dərmanlar xəstəliyin inkişafını zəiflətdiyi halda, yeni kəşfin xərçəng hüceyrələrinə son qoyacağı məlum olub.

İtaliyadan Aşqarlar Kimyası İnstitutuna maddələrin klinik şəraitdə sınaqdan keçirilməsi üçün təklif gəlib. Yəni kimyəvi maddələrdən ibarət olan məhlulların digər orqanlara təsiri yoxlanılacaq. Müsbət nəticə əldə olunsa, məhlullardan hazırlanan dərmanlar gələcəkdə satışa buraxılacaq. Dərman maddələri Alzehymer kimi xəstəliklərin müalicəsi üçün də effektivdir.

Maraqlıdır ki, neft məhsulları, o cümlədən sənaye yağlarının oksidləşməsinin qarşısının alınması üzərində araşdırma aparan mütəxəssislər məhz bu nailiyyətə imza atıb.
Əfsun Sucayevin sözlərinə görə, kimya sahəsində əldə olunan radikal mexanizmlər, insan orqanizmində gedən hüceyrə dəyişikliyində də fizioloji rol oynaya bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı burdan izləyə bilərsiniz:

Sağlamlıq     Baxılıb: 1769   Tarix: 09 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

turlar.az

sac duzumleri adlarin menasi geyim necə seçməli ziyafət dəbi qadın və din tort reseptləri toy ideyalari kosmetika narin faydasi novruz hakistalari azərbaycan novruz bayramına aid hakışta vətənə aid atalar sözləri