Azərbaycan Universitetindən şortik geyinən gənclə bağlı - RƏSMİ AÇIQLAMA
Şortik geyinən gəncin universitetə buraxılmaması sosial mediada ciddi müzakirələrə səbəb olub.
Belə ki, Azərbaycan Universitetinin İKT fakultəsində təhsil alan Əli Zeynallı adlı tələbənin versiyi məlumata görə İKT fakültəsində oxuyanları təhsil müəssisəsinə dəvət edib. Tələbələr universitetə daxil olmaq istəyəndə, şort geyinən tələbələri mühafizə əməkdaşları buraxmayalar. Mühafizə əməkdaşları bildiriblər ki, bununla bağlı tapşırıq verilib.
Məsələ ilə bağlı BiG.AZ-a danışan universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəsisi Lalə Tofiqqızı bununla bağlı universitet rəhbərliyi tərəfindən heç bir tapşırığın verilmədiyini bildirib: "Bu məsələ ilə bağlı universitet tərəfindən heç bir tapşırıq verilməyib. Tələbələrimiz şortiklə universitetə gəlirlər, heç bir problem yaşanmır. Bu hadisə isə mühafizəçi ilə yaşanıb. Mühafizəçi tövsiyyə xarakterli olaraq onun geyiminə münasibət bildirib. Məsələ universitet rəhbərliyinin diqqətindədir. Mütləq şəkildə araşdırılacaq. Hansı tədbirlər lazımdırsa görüləcək. Sabah Şamaxıda keçiriləcək beynəlxalq miqyaslı tədbirə hazırlaşdığımız üçün bütün işçilərin başı qarışıqdır. Amma buna baxmayaraq bu məsələ araşdırılacaq".









Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir