Azərbaycan vaksinasiyaya vaxtında başladı, karantin yumşaldı

Azərbaycan vaksinasiyaya vaxtında başladı, karantin yumşaldıHazırda koronavirusla əlaqədar dünyanın bir sıra ölkələrində hələ də tam qapanma şəraiti davam edir. Açılım və ya yumşaldılma tədbirlərinə getmək mümkün olmur. Məhz belə bir şəraitdə Azərbaycan uğurlu nəticələr əldə edib və ölkəmizdə pandemiya şəraiti tam nəzarət altındadır.
Milli.Az Trend-ə istinadən bildirir ki, ölkədə COVİD-19 infeksiyasının məhdudlaşdırılması ilə bağlı sistemli şəkildə həyata keçirilən tədbirlərin effektivliyi, Azərbaycanın qabaqcıl ölkələrlə eyni vaxtda vaksinasiya prosesinə başlaması ölkəmizdə yumşalmanın əhatə dairəsinin daha da genişlənməsinə şərait yaradıb. Zamanında görülən bu qabaqlayıcı tədbirlər artıq nəticəsini verməkdədir. Belə ki, ölkədə virusa yoluxma sayı günbəgün azalır. Buna paralel olaraq, vaksinasiya prosesi də sürətlə davam etdirilir.
Elə bu səbəbdən Nazirlər Kabineti yanında Operativ Qərargah bu gün xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı bir sıra mühüm qərarlarını açıqladı. Bununla bağlı keçirilən brifinqdə elan edildi ki, 31 maydan etibarən açıq havada maskasız gəzməyə icazə verilir; 31 maydan metro açılır, lakin metrostansiya və qatarlarda tibbi maskadan istifadə zəruridir; 31 maydan bölgələrarası ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir; 10 iyundan etibarən ibadət yerləri, iri ticarət mərkəzləri, çimərliklər açılır, eləcə də idman zallarının fəaliyyəti bərpa edilir.
Yuxarıda sadalanan sahələrin hər birinin açılması Azərbaycan cəmiyyəti tərəfindən səbrsizliklə gözlənilirdi. Çünki qarşıdan yay ayları gəlir. Yayı isə dənizsiz, çimərliksiz təsəvvür etmək olmur. İsti günlərdə tibbi maskadan istifadə də insanları qayğılandıran əsas məqamlardan idi. Təbii ki, iri ticarət obyektləri və idman zalları ilə bağlı verilən qərarlar da tam yerinə düşdü. Lakin hər birimizin ürəyincə olan bu yumşaldılma tədbirləri bir cəmiyyət olaraq bizi arxayınlaşdırmamalıdır. Qorunma tədbirlərinə yenə də xüsusi diqqət etmək lazımdır. Metronun, ibadət yerlərinin, iri ticarət mərkəzlərinin açılması, açıq məkanlarda maska məcburiyyətinin götürülməsi o anlama gəlməməlidir ki, pandemiya başa çatıb. Ona görə də hər kəs təhlükəsizlik tədbirlərinə riayəti davam etdirməlidir. Bu məsələdə vətəndaş məsuliyyəti nə qədər güclü olarsa, ümumi işə də bir o qədər töhfə vermiş olar.
Digər tərəfdən, yoluxmaların sayı azalsa da, ölüm sayı hələ də yüksəkdir və bu da arxayınlaşmağa əsas verməməlidir. Ən əsası, gələcəkdə bu virusla təkrar yaşamamaq üçün vaksinasiya prosesi durmadan davam etdirilməlidir. Sevindirici haldır ki, Azərbaycanda vaksin ehtiyatları kifayət həcmdə toplanıb və geniş vaksin seçimi imkanları yaradılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş vaksinlərin hər biri Azərbaycanda əlçatandır.
Bir məqamı da xüsusi vurğulamaq istərdik ki, artıq Azərbaycanda COVİD pasportları tətbiq ediləcək. Bu pasportlar həm vaksinləşməni sürətləndirəcək, həm də digər məhdudiyyətlərin tezliklə götürülməsinə şərait yaradacaq. Operativ Qərargahın son yumşaldılma qərarlarından sonra artıq hər iki dozanı qəbul edərək vaksin olunan şəxslər bu doğru seçimin üstünlüklərindən istifadə etməyə başlayır. Belə ki, bu pasportlara sahib olan şəxslər 10 iyundan etibarən idman obyektlərindən maneəsiz istifadə edə biləcəklər. Yaxın gələcəkdə isə onlar teatr, kinoteatr, toy və digər şənliklərdə rahatlıqla iştirak edəcəklər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1248   Tarix: 25 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

turlar.az

qadin dunyasi reseptler makiyaj instagram 2026 geyim sizanaqlar elm haqqında aforizmlər süni mayalanma kosmetika hakıştalar arıqla lakonizim sac duzumleri oglaq