Azərbaycanda 347 nəfər bu xəstəlikdən əziyyət çəkir
Azərbaycanda qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri (eşitmə qüsurlu) üzrə sağlamlıq imkanları məhdud və ya əlil statusu almış şəxslərin sayı artıb.
Milli.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən report-a bildirilib ki, keçən il üçün ölkədə ilk dəfə sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayı 347 nəfər (2015-ci ildə 268 nəfər) təşkil edib. Həmin şəxslərdən 56,5 faizi kişi, 43,5 faizi isə qadındır.
Bundan başqa, adıçəkilən xəstəlik üzrə ilk dəfə əlil hesab edilən 18 və yuxarı yaşda şəxslərin sayı keçən il üçün 370 nəfər (2015-ci ildə 319 nəfər) təşkil edib. Həmin şəxslərdən 58,6 faizi kişi, 41,4 faizi isə qadın olub. Onlardan 18-29 yaşda olanların sayı 78, 30-35 yaşda olanların sayı 36, 36 və yuxarı yaşda olanların sayı isə 256 nəfər təşkil edib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinə əlilliyə və sağlamlıq imkanlarının məhdudluğuna dair məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən toplu şəkildə təqdim olunur.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin