Azərbaycanda botoks qadağan olunur? - Prosedura qarşı çıxan cərrah sirləri açdı

Azərbaycanda botoks qadağan olunur? - Prosedura qarşı çıxan cərrah sirləri açdıTürkmənistanda botoks qadağan olunub. Belə ki, botoks tətbiqi, üzdəki qırışların hamarlanması, kirpiklərin uzadılması, dodaqların böyüdülməsi və saxta dırnaqların istifadəsi kimi xidmətlərin göstərilməsinə qadağa qoyulub. Ölkə polisi gözəllik salonlarına gedərək, qadınlara botoks və dodaq döyməsi xidmətlərinin qadağan edildiyini bildirirlər. 
Qadağaları pozan  gözəllik salon sahiblərini və müştəriləri cərimələrlə yanaşı 15 sutka həbs də gözləyir.
Maraqlıdır, dünyanı cənginə aldığı kimi ölkımizdə də geniş yayılan botoks tətbiqinə Azərbaycanda son verilə bilərmi?
Milli.Az xəbər verir ki, Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Cərrahiyyə Assosiasiyasının idarə heyətinin üzvü, plastik və rekonstruktiv cərrah Vaqif Qələndər bizim.media-ya açıqlamasında Azərbaycanda belə bir qadağanın tətbiqinin mümkünsüz göründüyünü bildirib:
"Mən ümumiyyətlə botulizm toksinindən istifadə etmirəm və tərəfdarı da deyiləm. Onu əlimə belə almamışam. Botoksdan çox sıx istifadə olunanda başqa fəsadlar əmələ gəlir. Xeyirləri olduğu kimi, fəsadları da var. Qırışları yaradan səbəb əzələ liflərinin gərginliyidir. Botoks isə əzələ sinir keçiciliyini zəiflədir və 6 ay blok edir. 6 aydan sonra təkrarlanır. Bu, həmişə təkrarlanacağı üçün orqanizmdə başqa fəsadlar da yarada bilər. Botulizm toksini qaraciyərə keçir və bədənin müxtəlif toxumalarına təsir edir.
Ona görə də bəzi yerlərdə buna qadağa qoymaq fikrinə gəliblər. Amma dünyada hələ bir kəskin tendensiya yoxdur".
Vaqif Qələndər əlavə edib ki, dünyada botoksun istifadəsi, məhsulun istehsalı və satışının genişliyi imkan verməz ki, bu prosedurun tətbiqinə qadağa qoyulsun.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1163   Tarix: 14 aprel 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

geyim seçimi kosmetik vasiteler maskalar 2026 yay donlari serebral iflic usaqlar qadınlar və kişilər tənəffüs orqanları kosmetika novruza aid hakışda oglaq nizami gencevi sevgi qu quşu