Azərbaycanda hemodializ xəstələrinin sayı açıqlanıb
"Azərbaycanda 4 minə yaxın hemodializ xəstələri var".
Milli.Az xəbər verir ki, bunu Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev xroniki böyrək çatışmazlığı mövzusunda danışarkən deyib.
Onun sözlərinə görə, böyrək çatışmazlığı xəstələliyindən əziyyət çəkən şəxslər COVID-19-a yoluxanda fəsadlar baş verir: "Vaxtında tədbirlər görüləndə müəyyən fəsadların qarşısını almaq mümkündür. Bu xəstələrdə sağlam insanlara nisbətən daha çox fəsadlar yaranır. Böyrək çatışmazlığı olmayan şəxslərdə isə koronavirusa yoluxma zamanı keçici də olsa, böyrək problemlərinin yaşandığını gördük".
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi