Azərbaycanda irsən keçən və çox yayılan xəstəliklər hansılardır?

Azərbaycanda irsən keçən və çox yayılan xəstəliklər hansılardır?Xəstəliklərin bir qisminin irsi olduğu hər kəsə məlumdur. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi son məlumata görə, yeni doğulan uşaqların 6 faizi genetik xəstəliklərlə dünyaya gəlir. Bu xəstəliklər hər biri özünü kəskin şəkildə büruzə vermir. Bəzi xəstəliklər xüsusi analizlərlə müəyyən olunur. Bəzisi isə müəyyən yaş həddinə çatdıqdan sonra özünü göstərir.
Hazırda 4-6 min gen xəstəliyinin olduğu bildirilir. Ən çox talassemiya, əqli zəiflik, psixi xəstəliklər, boyun inkişafdan qalması, şəkərli diabet və digər xəstəliklərə rast gəlinir.
Bəs Azərbaycanda irsən keçən və çox yayılan xəstəliklər hansılardır?
Milli.Az xəbər verir ki, tibb elmləri doktoru, professor Adil Qeybulla Bizim.Media-ya deyib ki, Azərbaycanda irsi yolla keçən xeyli sayda xəstəlik var:
"Xəstəliklərin bir qrupu da irsi yolla keçir. Bunun üçün uşaq hər iki valideyndən genlər götürməlidir. Bunlar xromosom xəstəlikləri, talassemiya daşıyıcılığı, yəni hemoqlobinopatiyalardır. Bunlar arasında talassemiya daşıyıcılığı və xəstəliyi geniş yayılıb. Amma bir sıra hallarda da irsi meyillilik var. Məsələn, ata-ana xətti ilə şəkərli diabetə meyillilik var, bu, özü də birbaşa olmasa da, irsi faktorun rolunun olması deməkdir".
Həkimin sözlərinə görə, xərçəng xəstəliyinin növlərində də bu faktor özünü göstərir:
"Bir sıra xəstəliklər, məsələn, nəsillikcə xərçəngin olması, hazırda xəstənin analizi götürüləndə onun kitabçasına anasında, xalasında süd vəzi xərçənginin olması qeyd olunur. Gen ağacının çox ciddi rolu var, çünki uşaq hər iki valideyndən gen götürür, burda da xəstə genlərin götürülməsi imkanı həmişə qalır. Bu yaxınlarda yaxın qohumların evlənməsi ilə bağlı qanun qəbul olundu.
Əslində, bu qanunun əsas hədəfi irsi xəstəliklərin mümkün qədər qarşısını almaqdır. Düzdür, cəmiyyətdə buna müəyyən müqavimət oldu. Düşünürəm ki, genofondun sağlamlaşdırılması istiqamətində vacib addımdır. İnsanlar əslində buna düşünərək getməli idilər. Bunun qanun halına salınması yenə də ümumi işimizin xeyrinədir".
Milli.Az

Xəbərlər     Baxılıb: 1671   Tarix: 12 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

geymler 2026 makiyaj instagram toy makiyajlari aloy gulunun faydasi zoğal mürəbbəsi hazırlanması 2026 qonaq otagi qadın aksesuarları kosmetika baldıza aid hakışta arxadan olmag baliq burcu veten haqqinda bayati gozde olar