Azərbaycanda İYRƏNC OLAY: 10 yaşlı oğlan zorlandı

Azərbaycanda İYRƏNC OLAY: 10 yaşlı oğlan zorlandıAzyaşlı valideynlərinə nə danışdı?

Rus əsilli gəncə təcavüz etməkdə təqsirli bilinən Beyləqan rayon sakini, 1999-cu il təvəllüdlü Çingiz Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xanim.az teleqraf.com-a istinadən bildirir ki, Çingiz Kərimli 2014-cü ili aprelində yaşadığı Beyləqan rayonu Birinci Şahsevən kəndi ərazisindəki Neft Baza adlanan yerdə azyaşlı rus əsilli oğlana qarşı seksual xarakterli hərəkətlər edib.

Döymə və zorakılıq

O, 2005-ci ildə anadan olan Andrey Sibizovu (ad və soyad şərti verilib -H. Z.) aldadaraq neft baza adlanan yerə gətirib. Orada azyaşlıya zorakılıq göstərərək, onunla cinsi əlaqədə olmaq istəyib.

Amma Andrey Sibizov buna etiraz edib. Bu zaman Çingiz Kərimli azyaşlını döyərək, ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib.

Hədə-qorxu

Sonra Çingiz Kərimli zorla azyaşlı ilə əvvəlcə qeyri-təbii yolla cinsi əlaqədə olub. Sonra o, azyaşlıya qarşı seksual xarakterli əxlaqsız hərəkətlərini davam etdirib.

Bundan sonra Çingiz Kərimli azyaşlıya hədə-qorxu gələrək, baş verən hadisə barədə heç kimə bir söz deməməyi tapşırıb. Əks halda onu döyəcəyi, öldürəcəyi ilə hədələyib.
Çingiz Kərimli başqa zamanda azyaşlını Daşburun dəmir yolu stansiyasına gətirib. Orada vaqonların arasında Andrey Sibizovla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Azyaşlı valideynlərinə nə danışdı?

Çingiz Kərimli bu dəfə də Andrey Sibizova hədə-qorxu gəlsə də, nəticəsi olmayıb. Andrey baş verən hadisə barədə valideynlərinə danışıb. Valideynlər isə hüquq-mühafizə orqanlarına müraciət edib. Müraciət əsasında Çingiz Kərimli həbs edilib.

Çingiz Kərimli Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham edilib.

Onun barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə araşdırılıb.

8 il cəza

Hakim heyəti cinayət işi üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, hadisənin şahidlərini dinləyəndən sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Çingiz Kərimli 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan prokurorluq apelyasiya protesti verib. Prokurorluq təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Həmçinin təqsirləndirilən şəxsin vəkili də apelyasiya şikayəti verib. O, müdafiə etdiyi şəxsin cəzasının yüngülləşdirilməsini xahiş edib.

Tərəflərin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə araşdırılır.

Prosesdə təqsirlıəndirilən şəxsin vəkili vəsatətlı çıxış edib. O, apelyasiya şikayətinə sübutların araşdırılması ilə baxılmasını istəyib. Amma hakimlər vəsatəti təmin etməyib. Apelyasiya şikayətləri məhkəmə istintaqı aparılmadan qapalı keçirilən prosesdə araşdırılması qərara alınıb.

Xəbərlər     Baxılıb: 2148   Tarix: 14 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək

Onkoloq Anastasiya Kosyakova pəncərə açıq vəziyyətdə maşın sürməyin ciddi sağlamlıq riski yaratdığını izah edib. -a istinadən xəbər verir ki, o, sürücülərin mütəmadi olaraq işlənmiş qazlara məruz qaldığını və bunun bir ço

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Nanə yağı təzyiqi aşağı sala bilər

Yeni araşdırma nanə yağının yüngül yüksək qan təzyiqi olan insanlarda təzyiq göstəricilərinə müsbət təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb. Tədqiqatda iştirak edən şəxslər

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Stress bu xəstəliyini kəskinləşdirə bilər

Güclü və uzunmüddətli stress orqanizmdə gizli qalan herpes viruslarının yenidən aktivləşməsinə səbəb ola bilər. Herpes simplex viruslarının I və II tipləri, eləcə də suçiçəyi virusu ilkin infeksiyadan sonra sinir hüceyrələrind

turlar.az

sac duzumleri kosmetoloq sade makiyaj sekilleri şir bürcü dolmalar kecellesme qadin psixologiyasi kosmetika kondom nedir bayatılar maraqlı sanama qurd xəstəliklərinə qarşı mualicə