Azərbaycanda meyitdən orqanların bağışlanması prosesi necə həyata keçiriləcək?

Azərbaycanda meyitdən orqanların bağışlanması prosesi necə həyata keçiriləcək?Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi, ümumi cərrah, transplantoloq Dr.Mircəlal Kazımi ARB24-ün "İşgüzar səhər" verilişində Azərbaycanda meyitdən orqanların köçürülməsi prosesinin həyata keçirilməsinə dair sualları cavablandırıb.
Hazırda bütün dünyada orqan transplantasiyası əməliyyatlarından geniş istifadə olunduğunu bildirən M.Kazımi bir çox ölkələrdə orqan transplantasiyası üçün meyit orqanlarından istifadə olunmasının tətbiqinə böyük üstünlük verildiyini diqqətə çatdırıb.
Həkimin sözlərinə görə, Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən 1999-cu ildə bununla bağlı qanunun imzalanmasına baxmayaraq, bu qanunun təkmilləşdirilməsinə və yenidən işlənilməsinə ehtiyac duyulurdu.
"Bu vaxta qədər Azərbaycanda orqan köçürülməsi əməliyyatları canlı qohum donorlardan orqan almaqla həyata keçirilirdi", - deyə bildirən transplantoloq Azərbaycanda bu barədə qanunun qüvvəyə minməsindən sonra yanvar ayının 1-dən etibarən bu istiqamətdə işlərə başlanıldığını diqqətə çatdırıb.
Həkim meyit orqanlarından istifadə mexanizmi barədə məlumat verərək hazırda bununla bağlı ölkəmizdə görülən işlərdən danışıb. Bildirib ki, yeni Qanuna əsasən, meyit orqanlarından geniş istifadəyə şərait yaradacaq və bu insanların faydalanması üçün lazım olan orqan transplantasiyası koordinatorluğunun yaradılması istiqamətində işlər aparılır. Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən ştatlar təyin olunub.
"Həmçinin bununla bağlı etika komissiyasının yaradılması da biz həkimlərə böyük dəstək olacaq", - deyə bildirən M.Kazımi bildirib ki, pasiyentin qohumu olmayan canlı donorlardan orqanların alınması prosesinə, eləcə də qanunla qadağan olunan orqanların ticarəti məsələlərinə məhz bu komissiya nəzarət edəcək.
Qeyd edək ki, Cənubi Qafqazda canlıdan canlıya ilk orqan köçürülməsi, qaraciyər transplantasiyası əməliyyatları məhz Azərbaycanda həyata keçirilib. Bu günə qədər respublikamızda 1500-ə qədər qaraciyər və böyrək transplantasiyası əməliyyatları icra olunub.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1290   Tarix: 06 fevral 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

yay geyimləri 2026 makiyaj etmek qaydalari gelinlikler toy ucun maraqli ideyalar toy gecəsi dəridə səpkilər vətən haqqında inşa kosmetika rus dilin nece orenek saglam qidalanma aydin sani tərəzi novruz bayramına aid hakışta