Azərbaycanda onların sayı 1 milyona qədərdir - STATİSTİKA

Azərbaycanda onların sayı 1 milyona qədərdir - STATİSTİKAEşitmə azlığı dünyada geniş yayılmış problemlərdən biridir. Dünya Səhiyyə Təşkilatının statistikasına əsasən, planetin əhalisinin təxminən 12-16 faizi - 275 milyondan çox insan bu və ya digər dərəcədə eşitmə azlığından əziyyət çəkir. Dünyada hər 1000 körpədən 1-2-si eşitmə problemi ilə doğulur. Təəssüf ki, bu problem ölkəmizdən də yan keçməyib. Azərbaycanda eşitmə problemi olan insanların sayı 1 milyona qədərdir.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının lor cərrahiyyə şöbəsinin müdiri Murad Şıxəliyev məlumat verib.
Şöbə müdiri deyib ki, eşitmə anadangəlmə olmadıqda lal-karlığa səbəb olur. Qulağın xroniki infeksiyaları - məxmərək, qızılca, parotit, meningit xəstəlikləri, həmçinin bəzi dərman preparatları və ətraf mühitin zərərli amilləri eşitmə qabiliyyətinin itirilməsinin və ağıreşitmənin əsas səbəbləri hesab edilir.
Eşitmə problemlərindən biri olan neyrosensor ağıreşitmə daxili qulaq və ya mərkəzi sinir mənşəli eşitmənin azlığıdır. Əgər yaşlı adamlarda yaşla əlaqədar neyrosensor ağıreşitməyə rast gəlinirsə, uşaqlarda, gənclərdə xəstəliyin yaranmasında səbəb burun ətinin mövcudluğu, müəyyən antibiotiklər, qulaqcılardan hədsiz istifadə, qohum nikahlarıdır.
Azərbaycanda onların sayı 1 milyona qədərdir - STATİSTİKAŞöbə müdiri bildirib ki, neyrosensor ağıreşitmənin müxtəlif dərəcələri var: "Xəstəlik ən yüngül dərəcədən ən ağır formaya kimi müşahidə edilə bilər. Təəssüf ki xəstəliyin dərman müalicəsi yoxdur. Əgər eşitmənin dərəcəsi yüngüldürsə, yəni, 2-3-cü dərəcədədirsə, bu zaman ən yaxşı üsul eşitmə cihazlarının təyin olunmasıdır. On beş il əvvəl Azərbaycanda eşitmə cihazlarından istifadəyə az rast gəlinirdisə, hazırda zamanla bunun tam əksini görməkdəyik. Yaşı 70-dən çox olan insanların yarıdan çoxu isə bu və ya digər ağırlıqda eşitmə azlığından əziyyət çəkir.
Xəstəliyin dərəcəsi ağır olduqda isə koxlear implantasiya əməliyyatı icra edilir. Əməliyyat nəticəsində xəstənin eşitməsi bərpa olunur".
M.Şıxəliyev bildirib ki, eşitmənin keyfiyyətini test üsulu ilə xüsusi kabinələrdə yoxlayırlar. Bu zaman səs aparatlarından istifadə edilir və hər qulağa müxtəlif səslər verilir. Pasiyentin səsi eşidib-eşitməməsinə görə xəstəliyin dərəcəsi müəyyən edilir.

Sağlamlıq     Baxılıb: 2130   Tarix: 26 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

turlar.az

toy makiyajlari toy gecesi gözəllik məhsulları gullu cantalar reseptler burcler kisiler arıqlamaq qaydaları kosmetika sağlıq bedii edebiyyat terezi big.az novruza aid hakista