Azərbaycanda ŞOK: Çörəyin içindən elə bir şey çıxdı ki... – VİDEO

Azərbaycanda ŞOK: Çörəyin içindən elə bir şey çıxdı ki... – VİDEOGəncədə baş verən hadisə həm istehlakçı, həm istehsalçı, həm də nəzarət qurumlarını diqqətli olmağa sövq edir. Belə ki, Gəncədə çörəyin içərisindən siçovul nəcisi çıxıb.

Bu iddia ilə şəhərdə yaşayan Türkiyə vətəndaşı Mahmud Şahin çıxış edir. O, çevik davranaraq aldığı məhsulun standartın tələb və normalarına uyğun şəkildə istehsal edilib-edilmədiyini müəyyənləşdirmək üçün aidiyyəti üzrə təqdim də edib.

Mahmud Şahin - şikayətçi: "Çörək aldım səhər yeməyi üçün. Çörəyi böldüm, mən hər zaman çörəyin içinə baxıram, gördüm ki, içində qara-qara şeylər var. Dərhal çörəyi apardım laboratoriyaya təqdim elədim. Mənə elə gəlir ki, məhsulun içərisindəki siçovul nəcisidir".

Aldığı çörəyin içərisindən çıxan yad cismin şəkilləri ilə televiziyamıza müraciət etməkdə Türkiyə vətəndaşının bir məqsədi var.

Mahmud Şahin - şikayətçi: "Mənim önəm verdiyim şey insan sağlığıdır. Bu rəsmən cinayətdir. Hər kəsin balası var, onu yeyib zəhərlənə bilərlər. Bunu mütəxəssislər də bilir ki, nəcis çörəyin içində qalan zaman zəhərlənmə verir. Yenə biz hardasa bilirik, əgər bu çörək uşağın əlinə düşsəydi, onu yeyərdi və sonu da heç yaxşı olmazdı. Bu məsələyə çox diqqət etmək lazımdır".

Mahmud Şahin çörəyi Gəncədəki mağazalardan birindən alıb. Mütəmadi olaraq alış-veriş etdiyi marketdən gün ərzində 5 istehsalçıdan 10 çeşitdən artıq çörəyin alınaraq satışının həyata keçirildiyi barədə məlumat aldıq. Məhsul alınan zaman isə onun uyğunluq və gigiyenik sertifikatı sahibkardan tələb olunur.

Şəlalə İsgəndərova - marketin inzibatçısı: "Bizim üçün də maraqlıdır belə neqativ halın aşkar edilməsi. Bizim dükanda ilk dəfədir ki, belə neqativ halla qarşılaşırıq. Yəni biz də istəyirik ki, bu məsələ aydınlaşsın və ortalığa nəticə çıxarılsın ki, neqativ hal hansı şəkildə ortaya çıxıb".

Apardığımız araşdırma zamanı məlum oldu ki, adıçəkilən dükana standartın tələb və normalarına uyğun olmayan çörək məhsulu məhz şəhərin Sadılı qəsəbəsində Ələddin Quliyev küçəsində Fəxrəddin adlı şəxsə məxsus olan evində yerləşən sexdə istehsal olunub. Bununla bağlı sahibkarın mövqeyini öyrənməyə çalışsaq da qapını üzümüzə açan olmadı.

Mahmud Şahinin çörəyi laborator analiz üçün təqdim etdiyi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Gəncə ərazi İdarəsindən də mövqe öyrəndik. Və cavab aldıq ki, əgər aparılan müayinələr nəticəsində fakt öz təsdiqini taparsa qanunvericiliyə uyğun olaraq həmin sahibkarlıq subyekti haqqında ciddi tədbir görüləcək.

Türkiyə vətəndaşının içərisindən siçovul nəcisi çıxdığı iddia etdiyi çörəyin laborator nəticəsi bu həftə ərzində məlum olacaq. Qurumdan əhaliyə müraciət də var-bu kimi neqativ hallarla qarşılaşanlar dərhal aidiyyəti üzrə məlumat versinlər. Belə olan halda istehlakçının hüququ qorunar, istehsalçı isə layiqli cəzasını alar. (ARB)

Xəbərlər     Baxılıb: 1488   Tarix: 09 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

Bu şorbanı içən qan-tərə batır: Şəfa mənbəyi

Beyran sadəcə bir şorba deyil, hazırlanması 12 saat çəkən və bədən müqavimətini polad kimi möhkəmləndirən sulu ana yeməkdir.  xəbər verir ki, beyranın içildiyi an bədən istiliyini artırmasının elmi səbəbləri var:. İçindək

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

geyim və ayaqqabılar yay geyimləri 2026 yay kolleksiyasi plastik əməliyyat ud hindi faydalari cennet almasinin murebbesi gavalinin xeyri kosmetika hakista turpun nağlı birlik haqqinda novruza aid ariqla