"Azərbaycanda yekəqarın polis yoxdur" - DİN-dən açıqlama
Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən polis polkovniki Ehsan Zahidov sualları cavablandırıb.
- Ehsan müəllim, əvvəlcə icra edəcəyiniz yeni vəzifədə sizə uğurlar arzu edirik...
- Mənim vəzifəm hələ də mətbuat xidmətinin rəis müavinidir. Lakin müvəqqəti olaraq mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edirəm.
- Məlum olduğu kimi, Tacikistanın daxili işlər naziri Ramazon Rəhimzoda artıq çəkidən əziyyət çəkən polis əməkdaşlarına arıqlamaq tapşırığı verib. Azərbaycanda polis əməkdaşlarına belə bir tapşırığın verilməsi gözlənilirmi?
- Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti olaraq nazirin birbaşa iştirakı ilə polis orqanlarına qəbul olunan namizədlərin ya fotolarını, ya da videogörüntülərini ictimaiyyətə mütəmadi olaraq təqdim edirik. Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarına seçilən namizədlərin xarici görünüşü, fiziki hazırlığı ilə bağlı müəyyən olunmuş normalar mövcuddur. Yəni boyu 175 santimetrdən aşağı olmayan, idmançı görkəminə malik, bədən ölçüləri boylarına uyğun olan vətəndaşlar işə götürülürlər. Bizdə sovet dönəmindən fərqli olaraq, yekəqarın, həddindən artıq arıq insanlar polis orqanlarına qəbul olunmurlar. Yəni Tacikistandakı kimi bizdə əlavə göstərişin verilməsinə ehtiyac yoxdur. Azərbaycanda ümumiyyətlə yekəqarın polis yoxdur.
- Doğrudur, polis orqanlarına yalnız müəyyən normalara cavab verən namizədlər qəbul olunurlar. Lakin elə hallar da olur ki, müəyyən yaşdan sonra bəzi polislərimiz həddindən artıq çəki əldə edirlər...
- Polis də bir insandır. Müəyyən yaş keçdikdən sonra onun qarnı çıxa, kökələ bilər. Polis əməkdaşlarına mütəmadi olaraq dərslər keçirlir. Bu dərslərdə polis əməkdaşlarının qidalanması barədə onlara daimi tövsiyələr verilir. Polis əməkdaşlarımız həftə ərzində ən azı 2-3 dəfə dərslərə cəlb olunurlar. Əgər bizdə artıq çəkili polislər varsa, o da sovet dönəmində xidmətə qəbul olanlardır. Onlar da yəqin ki, yaxın vaxtlarda təqaüdə göndərilər.
Azxeber.az
f Paylaş








Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
Elnarə Abdullayeva nənə olacaq
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?
Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?