Azərbaycanın hər yerində rast gəlinən bu bitki əvvəlcə adamı dəli edir, sonra öldürür...

Azərbaycanın hər yerində rast gəlinən bu bitki əvvəlcə adamı dəli edir, sonra öldürür...Bu zəhərli bitkini siqaret əvəzinə çəkmək astmanın dərmanıdır, qadınlar isə gözəl gözlərə sahib olmaq üçün onun dəmləməsindən istifadə edirmiş.
Dəlibəng - əvvəlcə adamı dəli edir, sonra öldürür. Bu bitki Azərbaycanın hər yerində geniş yayılmış bir bitkidir, hətta Bakı şəhərinin bir çox yerində bu bitkiyə rast gəlinir.
Dəlibəng zəhərli bir bitkidir. Tərkibində zəngin alkoloidlər olduğundan çox az dozada dərman bitkisi kimi istifadə olunur. Amma bu bitki özbaşına yox, xüsusi bilən adamların təyinatları əsasında istifadə oluna bilər. Dəlibəng astma xəstəliyində yarpaqları qurudulur və adi siqaret kimi çəkilir, boğulmuş astma tutmasının qarşısını alır. Yarpaqlarının tərkibində zəngin alkoloidlər olduğundan çox güclü bir ağrıkəsicidir. Yarpaqlarının dəmlənməsini içmək olmaz, yalnız xaricə istifadə oluna bilər.
Meyvəsinin üstü tikanlı, qozdan bir az böyük olur, partlayır və içindən qara toxumlar görünür. Bu toxumları yeyən adamlar əvvəlcə dəli olur və müxtəlif hərəkətlər edirlər.
Məsələn, gözlərinə yanan bir işıq görünür və o gördükləri işığın ardınca qaçırlar, durmadan qaçırlar və birdən görürsən durub qışqırırlar. Səbəbini soruşduqda isə deyirlər işıq göyə qalxdı və sairə kimi hallar əmələ gəlir. Bunlara tibbdə halyusinasiyalar deyilir. Bundan sonra kəskin zəhərlənmə baş verir və tədbir görülməzsə, insan həyatını itirə bilir, əsasən uşaqlar bilmədən bu toxumlardan yeyirlər.
Orta əsrlərdə xanımlar daha gözəl görünmək üçün gözlərinə dəlibənglə dəmlənilmiş su tökürmüşlər. Çünki dəlibəng göz bəbəklərini genişləndirir və xanımlar daha da gözəl görünürmüş. Ona görə o vaxtlar bu bitkiyə "gözəl xanımlar gözü" kimi ad da vermişlər. Keçmişdə yuxusuzluğun qarşısını alan bir vasitə kimi də bu bitkidən istifadə olunub.

Xəbərlər     Baxılıb: 2704   Tarix: 05 mart 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

sac duzumleri yemek reseptleri geyim dəbləri uşaq psixologiyası gozalti maskalar salatların hazırlanması kosmetika suni mayalanma maska hakiwda sirin qogal tərəzi bürcü