Azərbaycanlı aktrisa haqqında bilmədikləriniz: "Həyat yoldaşına görə çörəyimdən oldu" - FOTOLAR

Aktrisa Mətanət Eresin Milli.Az-a müsahibəsi.

- Mətanət xanım, səhhətinizdə bu günlərdə problem yaranmışdı. Hal-hazırda özünüzü necə hiss edirsiniz?

- Bəli, burnumdan əməliyyat olundum. Çünki nəfəs almağımda böyük problemlər əmələ gəlmişdi. Əməliyyat olunandan sonra nisbətən özümə gəlmişəm. Düzdür, hələ ki, çəkilişlərə fasilə vermişəm. Sonuncu dəfə "Sən olmasaydın" serialında çəkildim. Daha sonra isə "Yalnış anlama" filmində bir rola dəvət olundum. Bu film Türkiyə ilə Azərbaycanın müştərək işi sayılır. İnşallah, sağalandan sonra yenidən çəkilişlərə start verəcəyəm.

- Müsahibələrinizdə hər zaman çox səmimi olursunuz. Buna görə başınız bəlalar çəkmir?

- Mən bilsəm ki, bu gün öləcəyəm, yenə də sözün düzünü deyərəm. Həqiqəti söyləmək insanın baş ucalığıdır. Ola bilər ki, 3 nəfər buna görə sənə nifrət etsin, amma 10 nəfərin içində hörmətli olacaqsan. Elə bu xüsusiyyətimə görə də bir çox yerlərdən məni uzaqlaşdırırlar. Bir prodakşının rəhbəri prodüser xanıma məni təklif etmişdi ki, onu filmə dəvət edərsən. Filmin çəkilişləri başlayanda məlum oldu ki, o qız heç rejissora deməyib. Sonradan eşitdim ki, həmin qız məni bir çox yerlərdə qara siyahıya saldırıb. Məndə qısqanclıq belə yoxdur, çalışıram ki, həmişə öz həmkarlarımı da çəkildiyim seriala cəlb edim.

- Həmkarlarınızdan eyni münasibəti görürsünüz?

- Xeyr, həmkarlarım nədənsə bunları etmir. Mən mərdimazar deyiləm. Hamıya inanıb, güvənirəm. Bir onda ayılıram ki, artıq "torbamı tikiblər". Televiziyalardan birində vəzifəli bir şəxs var idi, məni bütün seriallardan məhrum etmişdi. İndi artıq o çıxıb, amma onun davamçısı yenə də bu işi həyata keçirir. O yoldaşıma görə məni çörəyimdən etmişdi. Onlar uzun illər dost olmuşdu, aralarında nəsə baş vermişdi deyə yoldaşımın acığını məndən çıxırdı. Sən kişisənsə, get problemini kişi ilə həll et! Mənlə nə işin var ki? Əslində o başa düşə bilmirdi ki, şəxsi münasibətləri işə qatmaq olmaz. Bu da onun qeyri professional olmasından irəli gəlirdi.

- Səhv etmirəmsə, Rövşən İsaxla da "Pərvanələrin rəqsi" serialında bu cür problem yaşamışdınız. Sözün düzü Rövşən İsaxdan çox sənətçilər şikayət edir.

- Bəli, o serialda da problemlər olmuşdu. Sezonun sonuna kimi mən və bir neçə aktyor yoldaşım serialdan uzaqlaşdıq. Bəzi mövzularda biz anlaşmadıq. Amma deyə bilərəm ki, məni geniş tamaşaçı kütləsinə tanıdan Rövşən İsax və "Pərvanələrin rəqsi" serialı olub.

- Yəqin ki, ortada maddi problem var idi.

- Bəli, çünki biz rejissoru tanıyıb, ondan pulumuzu tələb edirdik. Onunla işləmək mənim üçün çox asan idi. Müsbət tərəfi çoxdur. Rövşən İsax aktyorun improvizəsi ilə asanlıqla razılaşır.

- Mətanət, sənətə yeni gələn aktrisalar qalmaqal və açıq-saçıq geyimləri ilə özlərini piar edirlər. İstər geyimləri, istərsə də danışıqları ilə. Sizin dövrdə də bu kimi hallar baş verirdi?

- O baxır o aktrisanın öz tərbiyəsinə. Onlar elə bilirlər ki, açıq-saçıq geyinəndə məşhur olacaqlar. Əgər "qabında" bir şey yoxdursa, nə geyim, nə açıq-saçıqlıq səni məşhur edən deyil! Vallah mən onları heç tanımıram, çünki mənə maraqlı deyillər. Onsuz da aktrisaların adı bədnamdır, nəyə lazımdır bunu etmək? Camaat fikirləşir ki, aktrisadır da, istər-istəməz onlar bizim adımıza da xələl gətirirlər.

- Teatrda çalışdığınızı bilirəm, teatrla kino arasında seçim etsəniz hansını seçərdiniz?

- Teatr mənim üçün başqa bir aləmdir. Səhnədə tamaşa oynamağın həzzini mənə heç nə verə bilməz. Teatrımızın binası yoxdur deyə nadir hallarda tamaşa oynayırıq. Buna görə bir az sözün düzü çətinlik çəkirik. Ona görə də tamaşaçılarımızı teatra dəvət edə bilmirik. Mən teatrımızdan və rəhbərimiz Yadigar müəllimdən çox razıyam. O bizə imkan yaradır ki, seriallarda və filmlərdə çəkilək.

- Aldığınız maaş sizə ailənizi saxlamağa kifayət edir?

- Mən hər günümə şükür edən insanam. Elə vaxt olub ki, çox qazanmışam, elə vaxt olub ki, az. Az qazanıb az yemişəm, çox qazanıb çox. Elə bilirlər ki, biz seriallardan milyon qazanırıq. 12 ildir ki, kirayədə yaşayıram. Çarpışa-çarpışa, vuruşa-vuruşa birtəhər yaşayırıq. İnsan övladları üçün yaşayır da. Yaxşı ki, işim və sənətim var.
Azərbaycanlı aktrisa haqqında bilmədikləriniz: "Həyat yoldaşına görə çörəyimdən oldu" - FOTOLARAzərbaycanlı aktrisa haqqında bilmədikləriniz: "Həyat yoldaşına görə çörəyimdən oldu" - FOTOLARAzərbaycanlı aktrisa haqqında bilmədikləriniz: "Həyat yoldaşına görə çörəyimdən oldu" - FOTOLARAzərbaycanlı aktrisa haqqında bilmədikləriniz: "Həyat yoldaşına görə çörəyimdən oldu" - FOTOLARAzərbaycanlı aktrisa haqqında bilmədikləriniz: "Həyat yoldaşına görə çörəyimdən oldu" - FOTOLAR

Xəbərlər     Baxılıb: 2418   Tarix: 24 iyun 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Diyetoloq zərərli şirniyyatlara alternativi açıqladı

Şirniyyat insanın əhvalını qısa müddətə yaxşılaşdıra bilər. Lakin pəhriz saxlayanlar üçün hansı şirniyyatların daha münasib olduğu sual doğurur. Diyetoloqlar bu baxımdan zefiri alternativ məhsullardan biri hesab edirlər

.

4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz

Uzunmüddətli avtobus və təyyarə səfərlərinin artması hərəkətsiz qalmaqla bağlı sağlamlıq risklərini də gündəmə gətirir. Mütəxəssislər xüsusilə risk qrupunda olan şəxsləri diqqətli olmağa çağırır. xəbər verir ki, Trakya Universitet

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Maşında ürəkbulanma niyə yaranır? - Səbəb

Avtomobildə yol gedərkən ürəkbulanma, başgicəllənmə və hətta qusma ilə qarşılaşan insanlar az deyil. Xalq arasında "maşın tutması" adlandırılan bu vəziyyət hərəkət xəstəliyi kimi tanınır. xəbər verir ki, hərəkə

turlar.az

geyim dəbləri qadin sayti qadin dunyasi fitrə kimlərə verilir cins salvar 2026 göyəmin faydası geyim və ayaqqabılar kosmetika yuxuda qara ilan gormek azerb clpaq qadinlari google veten haqqinda bayatilar oxatan