Azərbaycanlı bu qız 16 milyard sərvəti olan ərəb şeyxinə ərə getdi - 3-cü arvadı oldu (FOTOLAR)

Azərbaycanın tanınmış bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl Məktuma ərə gedib.
Cütlük 2015-ci ildə Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə yarışlarda tanış olub və elə həmin il də evləniblər. Bu ilin iyun ayında isə onların qız övladı dünyaya gəlib. Körpəyə Səid Əl Məktumun nənəsi Sananın adı verilib.

Səid Əl Məktum 1976-cı ildə Dubayda anadan olub. Onun atası Maktum ibn Rəşid Əl Məktum 1990-2006-cı illərdə Dubayın əmiri olub. Onun vəfatından sonra isə hakimiyyətə əmisi Məhəmməd ibn Rəşid gəlib. Səid Əl Məktum 1995-ci ildən etibarən peşəkar atıcı kimi fəalliyət göstərir, Olimpiya oyunlarının iştirakçısıdır. Atasının vəfatından sonra onun 16 milyard dollar dəyərində qiymətləndirilən mirası yeganə övlad kimi Səid Əl Məktuma keçib. Səid Əl Məktum Birləşmiş Ərəb Əmirliklərinin ən varlı şeyxlərindən biri, mesenat kimi tanınır. Onun "Əl-Şabab" adlı şəxsi futbol klubu, beynəlxalq dərəcəli at yarışlarında iştirak etmək üçün nəzərdə tutulan qaçış atları kolleksiyası var.
Zeynəb Cavadlı 1991-ci ildə Bakıda anadan olub, əslən Naxçıvanlıdır. O, 1999-2012-ci illərdə Azərbaycan bədii gimnastika yığmasının tərkibində çıxış edib. Lakin 2012-ci ildə aldığı zədə üzündən idmançı fəaliyyətini yekunlaşdıraraq, məşqçi karyerasına başlayıb. Bir zamanlar Türkiyənin "İstanbul Genclik Spor Kulübü", "Anabilim Jimnastik Kulübü" ilə çalışıb, 2013-cü ildən etibarən isə özünün gimnastika üzrə məktəbini açmışdı.

Qeyd edək ki, Zeynəb Cavadlı Səid Əl-Məktumun sayca üçüncü həyat yoldaşıdır. Onun ilk arvadı şeyxə Suhailadır. Şeyx ikinci arvadı, əslən azərbaycanlı olan Əliyeva Natalya Müslüm qızı ilə Minskdə keçirilən yarışlar zamanı restoranlardan birində tanış olub. Bir zamanlar ofisiant kimi çalışan Natalya şeyxlə evlilikdən sonra adın dəyişərək Ayşə edib və İslam dinini qəbul edib. Səidin üçüncü arvadı isə Zeynəbdir. Şeyxin bu üç evlilikdən 9 övladı var. Hazırda Səid Əl Məktumun bütün arvadlarının ailələri onlarla birlikdə Dubayda ayrı-ayrı imarətlərdə yaşayır. (qafqazinfo.az)

Şeyx Səid və Zeynəb Cavadlının ailə fotolarını təqdim edirik:
Azərbaycanlı bu qız 16 milyard sərvəti olan ərəb şeyxinə ərə getdi - 3-cü arvadı oldu (FOTOLAR)Azərbaycanlı bu qız 16 milyard sərvəti olan ərəb şeyxinə ərə getdi - 3-cü arvadı oldu (FOTOLAR)Azərbaycanlı bu qız 16 milyard sərvəti olan ərəb şeyxinə ərə getdi - 3-cü arvadı oldu (FOTOLAR)Azərbaycanlı bu qız 16 milyard sərvəti olan ərəb şeyxinə ərə getdi - 3-cü arvadı oldu (FOTOLAR)Azərbaycanlı bu qız 16 milyard sərvəti olan ərəb şeyxinə ərə getdi - 3-cü arvadı oldu (FOTOLAR)Azərbaycanlı bu qız 16 milyard sərvəti olan ərəb şeyxinə ərə getdi - 3-cü arvadı oldu (FOTOLAR)

Maraqlı     Baxılıb: 11195   Tarix: 05 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

turlar.az

həkim məsləhəti toy makiyaji sekilleri geyim şəkilləri şaftalının xeyri zirinc faydalari geyimler 2026 dirnaqlara qulluq qaydalari kosmetika uşaq şeirləri rəksanə sekisler qz eviyçun hakışta webnem tovuzlu