Azərbaycanlı gənc gözlərini sevgisinə qurban verdi: "Yuxuda görə bilirəm" - FOTOLAR

28 yaşlı Abdulla Qurbanov Ağdam rayonunun Qarapirimli kəndindəndir. Doğma kəndi işğal olunandan sonra ailəsi ilə birlikdə Tərtər rayonunun Köçərli kəndi ərazisində məskunlaşır – palçıqdan tikilmiş kiçik daxmada.
Əvvəllər musiqi təhsili alsa da, sonra kompüter mühəndisi olmaq qərarına gəlir. Evin tək övladı olan Abdulla hərbi xidmətə yolla düşəndə təhsilini yarımçıq saxlayır. Hərbi xidməti sağ-salamat başa vurub cəbhə bölgəsindən qayıdanda, sevinc içində onu qarşılayan valideynləri övladlarının gözünün nurunu itirə biləcəyini ağıllarına da gətirmirdilər.
O, gənc yaşlarından həyatın çətinlikləri ilə üz-üzə qalır. 9 il əvvəl Tərtərin cəbhə xəttində yerləşən Qaradağlı kənddə yaşayan xalasıgilə qonaq gedən Abdulla qonşuluqda yaşayan Nərgiz adlı qızla tanış olur. Həmin gündən iki gəncin arasında romanlara mövzu ola biləcək məhəbbət hekayəsi başlayır. Sevdiyi qızı görmək üçün Abdulla hər dəfə bir bəhanə ilə Qaradağlıya gedir.
Belə səfərlərin birində, hər zamankı yolu deyil, daha kəsə yolu seçir: "At getmədi, elə bil hiss etmişdi. Düşdüm ki, atı qabağa çəkəm, həmin vaxt at arxa ayağını qaldırıb yerə vurdu. Və partlayış oldu…".
Minaya düşən gənc sonra heç nə xatırlamadığını deyir: "Ayılanda hər yer qaranlıq idi. Soruşdum ki, haradayam? Cavab verdilər ki, "on gündür xəstəxanadasan". Həkim gəldi, mənə suallar verdi, adımı-soyadımı, atamı-anamı soruşdu. Bəzi məqamlar var idi ki, xatırlamırdım, yadımdan çıxmışdı".

A.Qurbanovun xatırladıqları arasında sevdiyi qız – Nərgiz də var idi. Sevgilisini görmək üçün getdiyi kənddə minaya düşən, kəllə və üz sümüyü parçalanan Abdullanın üzü cərrahiyyə əməliyyatı olunduqdan sonra qismən bərpa olunur. Amma o gündən dünya işığına həsrət qalır.
Çəkdiyi əzablar qəlbindəki sevgi işığını söndürmür. Xəstəxanadan çıxdıqdan sonra Nərgizi axtarır. "Əvvəl tərəddüd etdim. Dedim artıq məni istəməz. Amma o, cavab verdi ki, "səni sevirəm, fərqi yoxdur gözlərin görür ya, yox", - deyə Abdulla bildirir. Ancaq Nərgizin valideynləri qızlarının Abdulla ilə evlənməsinə razı olmurlar. Görüşmələrinə və telefonla əlaqə saxlamalarına icazə vermirlər.
Valideynlərinin inadının qırılmadığını görən Nərgiz, günlərin birində gizlicə Abdullaya zəng edərək gəlib onu aparmasını istəyir. "Mən bu halımla gedə bilmədim. Anamgil gedib Nərgizi gətirdilər. Qaynanamgillə uzun müddət sonra barışdıq. Sevgimizə xeyir-dua verdilər", - həmsöhbətimiz danışır. Artıq bu sevginin bəhrəsi də var. Abdulla ilə Nərgizin 6 yaşında oğlan və 5 yaşında qız övladları var. Hazırda onlar Ağdamda, məcburi köçkünlər üçün salınan İmamqulubəyli qəsəbəsində yaşayırlar.

"Övladlarımı həyatda görməsəm də, yuxuda görürəm. Sabah oyananda yuxuda gördüklərimi təsvir edirəm, Nərgizdən soruşuram, o da cavab verir ki, necə görmüsənsə, elədir uşaqlar", – Abdulla deyir.
Gözlərinin görməməsi onun sevdiyi məşğuliyyətinə – musiqi ifa etməsinə mane olmur. Hətta bəzən yanında bələdçi olanda avtomobil də idarə edir: "Nərgizlə birlikdə bütün çətinliklərə dözməyə hazırıq. Çünki sevib-sevilərək yaşayırıq". (sputnik)
Azərbaycanlı gənc gözlərini sevgisinə qurban verdi: "Yuxuda görə bilirəm" - FOTOLARAzərbaycanlı gənc gözlərini sevgisinə qurban verdi: "Yuxuda görə bilirəm" - FOTOLARAzərbaycanlı gənc gözlərini sevgisinə qurban verdi: "Yuxuda görə bilirəm" - FOTOLARAzərbaycanlı gənc gözlərini sevgisinə qurban verdi: "Yuxuda görə bilirəm" - FOTOLAR

Xəbərlər     Baxılıb: 9814   Tarix: 15 fevral 2017
f Paylaş
yuxuda

Oxşar xəbərlər

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

turlar.az

geyim seçimi yaz geyimleri 2026 yemek reseptleri cox yasa göyəm mürəbbəsinin resepti salatlarin bezenmesi gavalinin faydalari kosmetika novruz bayramına aid hakışda hakışda novruz bayrami hüzeyir hacibəyov baldıza aid hakışta