Azərbaycanlı həkim arıqlamaq üçün çox su içməyi təklif edən dietoloqları ifşa etdi

Azərbaycanlı həkim arıqlamaq üçün çox su içməyi təklif edən dietoloqları ifşa etdi"Sosial şəbəkələrdə həkimlər, dietoloqlar insanlara bacardıqca çox su içməyi məsləhət görür. Arıqlamaq istəyən xanımlar diqqqətlə qulaq asır. Soruşurlar ki, həkim, axı içə bilmirik, qusmağımız gəlir, necə içək? Cavabında deyir ki, içinə limon sıxın, zəncəfil atın içə biləcəksiniz. Toksinləri yuyub apardığı deyilir. Xatırlatmaq istəyirəm ki, bizim hipotalamusda susuzluq mərkəzi var. Orada yerləşən osmoreseptorlar qanda Na səviyyəsi yüksəldikcə bizə məlumat verir. Və biz susayırıq. Normal adama su içmək üçün xüsusi xəbərdarlıq lazım deyil".
Publika.az xəbər verir ki, bu sözləri tanınmış anestezioloq və reanimatoloq Şahin Məmmədov deyib. O bildirib ki, lazım olduğundan artıq su qəbulu su zəhərlənməsinə səbəb ola bilər:
Azərbaycanlı həkim arıqlamaq üçün çox su içməyi təklif edən dietoloqları ifşa etdi"Səslənməsi qorxulu olmasa da, su zəhərlənməsi başağrı, ürəkbulanma, qıcolma, hətta ölümə səbəb ola bilər. Mexanizm belədir: Nə qədər suyun hüceyrə daxilində, nə qədər suyun da hüceyrə xaricində olmasını qanda Na səviyyəsi təyin edir. Çox su içilməsi elektrolit disbalansı yaradır. Bir çox suda həll olunan vitaminlər: K, Ca, Mg da bədəndən kənarlaşdırılır. Amma ən pisi qanda Na azalmasıdır. Qanda Na azalması hiponatremiya adlanır. Hüceyre daxilindəki Na isə hələ ki, normal qaldığı üçün suyu hüceyrə daxilinə çəkir. Başqa toxumalar şişdikdə elə bir qorxu törətməsə də, sinir hüceyrələri şişdikdə sümükdən olan kəllə qutusu onları sıxır. Buna baş-beyin ödəmi deyilir. Yüngül hallarda baş-ağrıları kimi özünü göstərir. Daha ağır hallarda isə ölümə səbəb olur.
Ölüm halları idman etdikdə, tərlə çox Na itirdikdə, əvəzində isə çoxlu saf su içdikdə baş verir. Ən yaxşı işləyən böyrəklər 1 saatda maksimum 1 litr su qova bilir. Əgər siz 1 saat ərzində 1 litrdən çox su qəbul etsəniz, bədəninizdə gecikən artıq maye Na-nın durulaşmasına – su zəhərlənməsinə səbəb olacaq. Sonda Nizami Gəncəvinin hikmətli kəlamını xatırlatmaq istərdim: Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da".

Sağlamlıq     Baxılıb: 2163   Tarix: 06 avqust 2019
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

turlar.az

makiyaj instagram geyim və ayaqqabılar geyim dəbləri fransiz qadinlari edebi janrlar kişi sağlamlığı gül buketləri kosmetika veten haqqinda atalar sozu yuxuda qara ilan gormek ekizler bir arzum var vətən haqqında bayatı