Azərbaycanlı məmur erməni ilə yaşayan Məleykə Əsədovaya EV BAĞIŞLADI: Qarşılığında isə... - FOTO

Azərbaycanlı məmur erməni ilə yaşayan Məleykə Əsədovaya EV BAĞIŞLADI: Qarşılığında isə... - FOTO"Deyirlər ki, mən xalq artisti Məleykə Əsədovaya dəstək vermişəm. Xeyr, əksinə o mənə çox dəstək verib. Məleykə Əsədova hər zaman mənə mənəvi dəstək olub. Onun şeir deməyindən çox xoşum gəlir. Mən ondan çox ləzzət alıram".
Xanim.az xəbər verir ki, bu fikirləri ölkə.az-a müsahibəsində Prezidentin sərəncamı ilə ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov bildirib.

A.Bəşirov deyib ki, Məleykə Əsədova Azərbaycanın ən istedadlı və gözəl aktrisalarından biridir:

"Məleykə xanım tez-tez bizim tədbirlərdə iştirak edib, şeirlər, mahnılar söyləyib. Onun sənətinin vurğunuyam. Mən vaxtilə Məleykə xanıma bir ev də bağışlamışam. İki otaqlı ev idi, birində erməni, birində isə Məleykə xanım yaşayırdı. Mən o evi Məleykə Əsədovaya hədiyyə vermişdim. Bəzi adamlar kimi pulla verməmişəm. Mənim Məleykə Əsədovanın sırf sənətindən xoşum gəlirdi. O bizim dostumuzdur. Onun səlist şeir demək qabiliyyəti var. Onun şeir deməsindən çox xoşum gəlir. Bir dəfə mənə dedilər ki, ona sponsorluq edim, ancaq mən buna razı olmadım. Sadəcə olaraq Məleykə Əsədovaya sırf sənətinə görə pərəstiş edirdim".

A.Bəşirov vəzifədən gedəndən sonra Məleykə Əsədovanı görmədiyini söyləyib:

"Çoxdan bəri onu görmürəm. Amma görəndə salamımız qalır. Mən vaxtilə təkcə Məleykə Əsədovaya deyil, bir çox sənət adamlarına yaxşılıq etmişəm. Ona görə də əminəm ki, hörmətimi onlar da saxlayır. Vəzifədə olduğum vaxtı "Yaxt Klub"-a konsertə gələn şou adamları heç vaxt məni yaddan çıxartmaz. O qədər olub ki, şou adamları, müğənnilər yaxta ilə klip çəkdirmək istəyib, mən də təşkil etmişəm. Hamısına yaxtalarda klip çəkmək üçün icazə verirdim. Buna görə də kimi dəvət etmişəmsə, hamısı dərhal tədbirlərimə gəliblər. Yadıma gəlir, əməkdar artist Aygün Bəylər də yaxta ilə klip çəkdirmişdi. Digər müğənnilər də olub".

A.Bəşirov "şou adamlarından kiməsə yaxta hədiyyə etmisiniz?" sualına isə belə cavab verib:

"Yəni, mən elə qudurmuşam ki, kiməsə yaxta hədiyyə edim? Evi də hökumətin razılığı ilə vermişəm. Məleykə Əsədova həmin binada yaşayırdı, mən də tapşırıq verdim ki, həmin evi onun adına keçirtsinlər. Deməyim odur ki, mən başıuca adamam. İndi də kömək etdiyim adamlar məni görəndə, yaxınlaşıb salam verirlər, hal-əhval tuturlar. Bu hər bir məmura nəsib olmur. Bir dəfə şəhərdə tək gəzirdim, küçədə 2 nəfər keçmiş nazirlərlə də rastlaşdım. Mənə dedilər ki, Aydın müəllim nə üçün təksiz, mühafizəçi ilə gəzmirsiniz? Mən də onlara dedim ki, sizin kimi əclaflıq etməmişəm ki, tək gəzməkdən qorxum! Bu sözümdən sonra onlar aradan çıxıb getdilər. Mən bu cür xarakterli adamam".

Xəbərlər     Baxılıb: 4398   Tarix: 21 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

geyim şəkilləri toy makiyajlari sac duzumleri elm bilik haqqinda atalar sözləri xəmir reseptləri yuxa tortu körpə və ona qulluq kosmetika geyim ariqla sac modelleri gözellik badambura