Azərbaycanlı model Leylanın ölümü ilə bağlı başlanan cinayət işində ŞOK QƏRAR
Model Leyla Oruclunun ölümü ilə bağlı başlanılan cinayət işinə xitam verilib.
Xanim.az-in APA-ya istinadla məlumatına görə, vəkil İradə Cavadova bildirib ki, bir müddət əvvəl cinayət işinə xitam verilsə də, onlara bu barədə məlumat verilməyib.
İradə Cavadova bununla bağlı şikayət verəcəklərini deyib.
Vəkil bildirib ki, L.Oruclunun ölümü ilə bağlı klinikadan bəzi sənədləri tələb edib. Lakin klinika həmin sənədləri ona təqdim etməkdən imtina edib.
Qeyd edək ki, model Leyla Oruclu 21 iyunda "Zəfəran" klinikasında iranlı həkim Sirus Qoçxani tərəfindən əməliyyat edilib. Əməliyyatdan sonra L.Oruclu ölüb.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan ölümə səbəb olma) maddəsi ilə cinayət işi başlamışdı.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin