Azərbaycanlı müğənninin evindən 18 min manatlıq oğurluq edildi

Azərbaycanlı müğənninin evindən 18 min manatlıq oğurluq edildi"Bizlə qalan köməkçim evimdən 18 min manatlıq oğurluq edib".
azxeber.com xəbər verir ki, bu sözləri "bizim.media"nın əməkdaşı ilə söhbətində müğənni Dəniz Əsədova deyib.
Köməkçisi tərəfindən evi qarət olunan sənətçi yaşadığı xoşaqəlməz hadisə ilə bağlı bunları söyləyib.
"Başıma gəlməyən iş qalmayıb. Dörd aydır ki, mən yaşamıram. Yanvarın birindən köməkçi qadını işə götürdüm.
Həm mənim işlərimdə kömək edirdi, həm də evimdə xadiməlik edirdi. O, bizimlə bir yerdə yaşayırdı. Aprelin 16-sı 18:55 radələrində evimdən oğurluq olub. Evimdə çalışan qadın səhnə geyimlərimi, ayaqqabılarımı və digər əşyalarımı paketlərə yığıb, qaçıb.
Həmin vaxt mən evdə yatırdım. Körpə uşaqlarım isə oynayırdılar. Onlar kiçik yaşlı olduqlarından diqqət etməyiblər.
Əşyalarımı bir-bir yığıb, düşüb birinci mərtəbəyə. Mən yuxudan oyananda, qadının əlində iki kiçik paket var idi. O anda da köməkçi qadın evdən çıxıb, aşağı düşüb.
"Hazırda iş polisdədir. Bununla bağlı araşdırma gedir. Əlimdə evimizin blokunda yerləşən təhlükəsizlik kameralarının lentə aldığı görüntülər var. Onunla yazışmamız da var.
Mesajlaşmada köməkçi qadın oğurluq etdiyini etiraf edib. İstintaq gedir. Əmələ hüquqi qiymət verilməlidir. Bu günə kimi də oğurladıqlarının qaytarılması ilə bağlı heç bir məlumat yoxdur".

Şou Biznes     Baxılıb: 1143   Tarix: 28 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Məşhur aktyorun film çəkilişində bıçaqlı insident

Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi "Miami Vice 85" filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb. Bu barədə "Habertürk" Nyu-York polisini

.

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

.

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

.

Nev vəfat etdi

Türkiyəli məşhur müğənni Nevzat Doğansoy (Nev) vəfat edib. Bu haqda xəbəri sənətçinin meneceri İlker Ercan açıqlayıb. 57 yaşlı sənətçi qaraciyər xəstəliyinə görə müalicə alırdı. Qeyd edək ki, Nev 200-ci illərdə iz qoymu

.

"Qızım babası kimi siyasətçi olacaq

Mərhum energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə sosial şəbəkədə arxiv görüntüsünü paylaşıb. xəbər verir ki, Aliyə atası Fərhad Əliyev, babası, nənəsi və anası Sara ilə birlikdə yer aldığı görüntünü izləyiciləri ilə bölüşərə

.

Ömürlük həbs hökmünün detalları açıqlandı

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Yalova Ağır Cinayətlər Məhkəməsini

.

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

.

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

.

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

turlar.az

geymler 2026 gözəllik məhsulları kosmetoloq hamiləlikdə qidalanma dəridə ləklər masaj edirem küncüt yağı kosmetika arxadan olmaq faydalı məsləhətlər veten seirleri sac modelleri babasil