Azərbaycanlı qardaşlar Rumıniyada insanları şoka salıblar+FOTO

Azərbaycanlı qardaşlar Rumıniyada insanları şoka salıblar+FOTORumınlar qubalı qardaşların çıxışını qışqırıqlar içində izləyiblər

Qubadan olan pəhləvanlar - Laçın və Hüseyn Abdulhüseynov qardaşları Rumıniyada hakimlər və tamaşaçılar qarşısında öz istedadlarını nümayiş etdiriblər. Hüseyn Abdulhüseynov Sputnik Azərbaycan-a müsahibəsində layihədə iştirakları barədə danışıb.

Rumıniya istedad şousunun təşkilatçıları qardaşları layihədə iştiraka və öz unikal bacarıqlarını nümayiş etdirməyə çağırıb. Onlar Abdulhüseynovların bütün xərclərini özləri ödəyiblər.
"Hər dəfə bizə müxtəlif ölkələrin layihələrində iştirak etmək üçün dəvətlər gəlir. Amma biz onların arasından ən yaxşılarını seçirik. Rumın istedad şousunun təşkilatçıları bizim çarxlarımızı internetdə görmüşdülər. Onlar bizə müraciət etdilər və biz də razılıq verdik. Göstərdiyimiz bütün nömrələri göndərdik və onlar dördünü seçdilər. Biz onları qardaşımla birlikdə birinci turda nümayiş etdirdik" - deyə Abdulhüseynov bildirib.

Onun sözlərinə görə, nömrələrdən birində zaldakı tamaşaçılardan biri də iştirak edib və o, böyük şok yaşayıb. Münsiflər heyətinin üzvləri və tamaşaçılar demək olar ki, pəhləvan qardaşları qışqırıqlarla və gözübağlı izləyiblər. Onlar qorxublar ki, pəhləvanlar özlərinə hansısa xətər yetirə bilərlər.

Pəhləvan qardaşlar hakimlərin səsverməsi nəticəsində ikinci tura keçiblər. Bu turun çəkilişləri bir neçə ay sonra olacaq. Rumın istedad şousunda dünyanın müxtəlif ölkələrindən qeyri-adi qabiliyyətləri olan insanlar iştirak edirlər. Azərbaycanı burada yalnız Abdulhüseynovlar təmsil edir.

"Bizim çox çətin sənətimiz var. Hər dəfə öz həyatımızla risk edirik və buna görə zərrə qədər də olsun təəssüflənmirik. Ən çətini yeni nömrə fikirləşməkdir. İlk cəhddə heç də hər şey asan olmur və buna səbəb stressdir. Çoxsaylı çıxışlarımıza və nömrələri təkrar etməyimizə baxmayaraq, hər dəfə səhnəyə çıxanda həyəcanlanırıq. Allaha şükür ki, həmişə öz çıxışımızı yüksək səviyyədə təqdim edə bilirik" - deyə H.Abdulhüseynov vurğulayıb.

Hazırda qardaşlar ikinci turda təqdim etmək üçün yeni nömrələr üzərində işləyirlər. Şou üç nömrədən ibarət olacaq. Qardaşlar inanırlar ki, layihənin qalibi olacaqlar və pul mükafatı qazanacaqlar.

Bütün bunlarla yanaşı, pəhləvanlar Avropanın digər dörd ölkəsindən də təklif alıblar. Əvvəllər Laçın və Hüseyn qardaşları ABŞ, Ukrayna, Rusiya, İtaliya, Türkiyə və Gürcüstanın televiziya kanallarında yayımlanan istedad şoularında uğurlu çıxış ediblər.

Qeyd edək ki, Abdulhüseynov qardaşları Qubada doğulublar. Onlar vaxtilə məşhur pəhləvan olan atalarının izi ilə gedirlər. Həmçinin doğulduqları rayonda gələcəyin pəhləvanlarını yetişdirməklə məşğuldurlar.

Sputnik.az

Xəbərlər     Baxılıb: 1533   Tarix: 28 fevral 2019
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Təbiətdə pulsuz yetişən bu möcüzə vücudu başdan-ayağa yeniləyir

Təbiətdə özbaşına yetişən və çox vaxt qiyməti bilinməyən tut müasir tibbin diqqət mərkəzinə düşüb. O, nəinki ürəyi gəncləşdirir, həm də diabetdən sümük əriməsinə qədər bir çox problemə çarə olur.  xəbər verir ki, təbiətd

.

Su basan evlərdə yaşayanlar risk altındadır - Tənəffüs yolları, bronxlar və ağciyərlər

Son günlər yağan intensiv yağışlardan sonra evləri su basdı. Həmin evlərin divarındakı rütubət və nəm insanların sağlamlığı üçün müəyyən risklər formalaşdırır. Terapevt Günay Lətifova -a açıqlamasında bildirib ki, bu vəziyyət

.

Qəhvə buna da xeyir imiş

Qəhvə orqanizmdə iltihab proseslərini zəiflətməyə kömək edir. xəbər verir ki, bu barədə nəticələr "Nutrients" jurnalında dərc olunan araşdırmada qeyd olunub. Araşdırmaya görə, qəhvənin tərkibində olan bəzi maddələ

.

Virusların yayılması artır - Həkim xəbərdarlıq etdi

Hava temperaturunun kəskin dəyişdiyi bu dövrlərdə immun sistemi zəifləyən insanlarda virusların yayılması sürətlənir. Qapalı məkanlarda daha çox vaxt keçirilməsi və kifayət qədər havalandırmanın olmaması isə bu xəstəlikləri

.

Hər gün yediyimiz "zəhər": Şirin ləzzətin qaranlıq tərəfləri

Gündəlik həyatımızın ən sevilən şirniyyatlarından biri olan şokolad haqqında maraqlı və bir qədər də düşündürücü fakt məlum olub. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, şokoladın əsas tərkib hissəsi olan kakao əslind

.

Detoks pəhrizləri ilə bağlı 6 böyük mif açıqlandı

Sosial mediada sürətlə yayılan detoks pəhrizləri ilə bağlı yanlış təsəvvürləri araşdırılıb. xəbər verir ki, BBC-nin Qida üzrə yazarı və diyetoloqu Tai İbitoye bu barədə faydalı açıqlamalar verib. Belə ki, o, karbohidratla

.

Bağırsaqların "düşmən"i olan QİDALAR

Gündəlik rasionumuzda yer alan bəzi adi qidalar bağırsaq funksiyasına mənfi təsir göstərə və müxtəlif xəstəliklərə yol aça bilər. həmin qidaları sizə təqdim edir:. Mədə-bağırsaq traktının işini ilk növbədə emal olunmuş məhsulla

.

Hər gün bir stəkan içənlərin ürəyi yenilənir

Aroniya meyvəsi yüksək polifenol tərkibi ilə damar sərtliyinin qarşısını alır, təzyiqi balanslaşdırır və immunitet sistemini hüceyrə səviyyəsində yeniləyir.  xəbər verir ki, aroniya meyvəsi bədəndəki oksidativ stresi azaltmaq

.

Dəridəki yara izlərini yox edən MÖCÜZƏVİ YAĞ: Faydasını çox az adam bilir

Yara və çapıq izləri bir çox insan üçün həm estetik, həm də psixoloji narahatlıq mənbəyidir. Xüsusilə üz və əllər kimi görünən nahiyələrdə olan bu izlər gündəlik sosial həyatda özünəinamı azalda bilir. . xəbər verir ki, bahal

turlar.az

qadın geyimi yemek reseptleri kosmetik vasiteler mastopatiya agrilari toy gecesi cennet almasindan murebbe bürclərin uyğunluğu kosmetika insan terezi sekis yumurta toy gecesı