Azərbaycanlı Zəhraya təcavüz edən millət vəkili Hacı Salmana "cəza" verildi - FOTO

Azərbaycanlı Zəhraya təcavüz edən millət vəkili Hacı Salmana "cəza" verildi - FOTOZəhra Nəvidpura təcavüz edən millət vəkili, İran parlamentinin Parlamentində İctimai məsələlər üzrə komissiayanın sədri və İran xarici işlər nazirinin müavini Salman Xudadadi ilə bağlı Tehran Cəza Məhkəməsinin qərarı açıqlanıb.

Xanim.az milli.az -a istinadən bildirir ki, məhkəmənin qərarına görə, S.Xudadadi tutduğu vəzifələrdən 2 il müddətinə uzaqlaşdırılır. Bundan savayı, o, Tehranı dərhal tərk edərək 2 il sürgün həyatı yaşamalı. S.Xudadadiyə 90 şallaq zərbəsi də vurulacaq.

28 yaşlı Zəhra Nəvidpur Binab və Məlikan şəhərlərinin millət vəkili S.Xudadadi tərəfindən təcavüzə məruz qaldıqdan sonra müəmmalı şəkildə qətlə yetirilmişdi.

Xatırladaq ki, Şərqi Azərbaycan vilayətinin Məlikan şəhərində daha əvvəl şəhərin millət vəkilinin təcavüzünə uğradığını irəli sürən 28 yaşlı Zəhra Nəvidpurun gözlənilməz ölümü bölgə əhalisi və ictimai fəalları təşvişə salmışdı.

Yarırəsmi Mehr agentliyi Zəhra Nəvidpurun yanvarın 6-da Məlikan (Məlikkəndi) şəhərində intihar etdiyinə dair məlumat yaymışdı.

"Bu xanım keçən aylarda bir millət vəkilinə qarşı bəzi iddialar irəli sürmüşdü", - agentlik üstüörtülü şəkildə təcavüz mövzsuna işarə etmişdi.

İran Azərbaycanı və ölkənin digər bölgələrində müxtəlif qruplar, o cümlədən türk fəallar gənc qadının millət vəkilinin göstərişi ilə qətlə yetirilmə ehtimalından söz edir.

HRA agentliyinin bildirdiyinə görə, keçmişdə təcavüzə uğradıqlarını önə çəkərək 57 yaşındakı millət vəkilindən şikayət edən digər qadınlar da olub.

Zəhra Nəvidpur İran parlamentinin mənsubu, millət vəkili Salman Xudadadinin ofisində onun tərəfindən təcavüzə uğradığını bildirmişdi.

Gənc qadın deyirdi: "2015-ci ilin qışında iş axtarmaq məqsədilə Məlikan qubernatorluğuna müraciət etdim. Sonra özü mənimlə təmas qurdu cənab Xudadadi. Mənə dedi ki, gəl Tehrana, ali audit katibliyində sənə iş verəcəyəm..."

Nəvidpur Tehrana getdikdən sonra millət vəkilinin ofisində necə təcavüzə uğradığını açıqlamışdı.

Bir neçə dönəmdir İran Parlamentində Məlikan şəhərinin millət vəkili olan Salman Xudadadi keçmişdə İnqilab Keşikçiləri Korpusunun ("Sepah") komandirlərindən biri olub. O, tərəfdarları arasında "Hacı Salman" adı ilə tanınır.

Zəhra Nəvidpur, həmçinin İslam Respublikasının əlaqədar qurumlarına müraciət edərək təcavüzə uğradığına dair şikayət bildirmişdi.

İranda insan haqları pozuntularına dair məlumat yayan HRA agentliyinin bildirdiyinə görə, keçmişdə təcavüzə uğradıqlarını önə çəkərək 57 yaşındakı millət vəkilindən şikayət edən digər qadınlar da olub.

HRA-nın məlumatına istinadən, "Sepah"ın sabiq komandiri keçmiş illərdə təcavüz ittihamı ilə nəzarət altına alınıb.

Təbrizin sabiq millət vəkili, tanınmış siyasətçi Əkbər Ələmi Telegram kanalında gənc qadının ölmünün şübhəli olduğunu önə çəkib. Ələmi, həmçinin "haqq və hüququnu axtaran" Zəhra Nəvidpura yardım etdiyini bildirib.

"Təəssüf edirəm ki, bu xanımın fəryadını eşitmədilər. Bu müddətdə daşdan səs çıxdı, amma məsullardan və parlament nümayəndələrindən səs çıxmadı... Bu xanımın intihar etdiyini elan etsələr də, onun məktublarını və sosial şəbəkələrdə yayımladığı audio və videolardakı ifadələrini diqqətə almalıdırlar. 28 yaşında bir qadının intihar etməsinə səbəb olan amilləri topluma açıqlamalıdırlar", - Ələmi qeyd edib.
Azərbaycanlı Zəhraya təcavüz edən millət vəkili Hacı Salmana "cəza" verildi - FOTO

Xəbərlər     Baxılıb: 2427   Tarix: 14 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

turlar.az

qadın geyimi kosmetoloq toy makiyajlari bolqar biberinin faydasi hikmətli hekayələr pul kisəsi sevgi dünyası kosmetika novruza aid hakistalar həmidə zəhmət kondom novruza aid hakisdalar