AzTV-nin efir üzünə həsrət qoyduqları - Flora, Aygün, Nisə...

AzTV-nin efir üzünə həsrət qoyduqları - Flora, Aygün, Nisə...Azərbaycanda bir sıra məşhur incəsənət nümayəndələri zamanla efirə buraxılmamaqları ilə bağlı gileyləniblər. Əksər sənətçilər özəl televiziya kanallarının onlara belə bir qadağa qoyduqlarını ictimaiyyətə etiraf ediblər.

Onlardan Flora Kərimova, Nazpəri Dostəliyeva, Aslan Hüseynov, Ayan Babakişiyevanı misal çəkə bilərik.

Maraqlıdır ki, Azərbaycanda özəl kanalların efirinə çıxmaq daha asandır. Yəni, gənc bir müğənni ödəniş müqabilində efirə çıxmaq şansını əldə edir və özünü tanıtmaq üçün kisənin ağzını açır. Bundan əlavə, tanınmış sənətçiləri televiziya özü də dəvət etməkdə maraqlıdır. Onlar sevilən müğənni sayəsində reytinq qazanacaqlarını düşünürlər. Ancaq sənətçilər arasında hələ də qadağalarla üzləşən məşhurlar var. Kimisi efirə gecikməsi ucbatından, kimisi sifarişlə, kimisi geyimiylə bağlı, kimisi isə TV rəhbəri ilə üzləşdiyi problem səbəbindən efirə həsrət qalır.

Özəl kanalların bu kimi addımlarını başa düşmək olar. Amma dövlət televiziyasının "qara siyahı"sına düşmək incəsənət dünyası üçün əsl zərbədir. AzTV-nin müğənniləri efirə buraxmağı üçün xüsusi şərtləri var. Kanalın əvvəl Nazənin, Mənzurə Musayeva, Maral Tahirqızı, Əli Mirəliyev kimi müğənnilərin tanıdılmasında rolu olsa da, indi onların kanala girişi məhdudlaşdırılıb. Adıçəkilənlərin el arasında "toy və bayağı müğənni" kimi təqdim edilməsi buna əsas səbəb ola bilər.

Lakin qeyd etməliyik ki, dövlət tərəfindən fəxri adlar alan müğənnilərin də dövlət kanalına girişinə "stop" qoyulub. Qeyd edilir ki, onlar arasında xalq artistləri Flora Kərimova, Nazpəri Dostəliyeva, Aygün Kazımova, Nisə Qasımova, Elmira Rəhimova, Niyaməddin Musayev, Nüşabə Ələsgərli, Firuzə İbadova, Rühəngiz Allahverdiyeva, Mətanət İsgəndərli, Rəşidə Behbudova, Aslan Hüseynov və başqaları var. Məlumata görə, Nisə Qasımova bu kanalda efirə dəvət edilməsə də, Mədəniyyət TV-də onun arxiv kadrları yayımlanır.

Hətta AzTV-nin təcrübəsində Xumar Qədimova və Rəqsanə İsmayılova ilə bağlı maraqlı faktlar da var. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin Dənizkənarı Milli Parkda təşkil etdiyi konsertlərdə çıxış edən sözügedən müğənnilərin görüntüləri efirə verilmir, əvəzində neytral görüntülər-ağac, tamaşaçılar və sairə göstərilir. Düzgün geyimdən istifadə etməyən, ictimai və siyasi fikirlər səsləndirən sənətçilər var ki, AzTV-nin efirindən uzaqlaşdırılıblar.
AzTV-nin efir üzünə həsrət qoyduqları - Flora, Aygün, Nisə...Bəs görəsən AzTV-nin incəsənət nümayəndələrini efirə buraxmaq üçün hansı şərtləri var?

Azərbaycan Televiziyasının sözçüsü Xatirə Qasımova bildirib ki, efirə çıxan müğənninin yüksək efir mədəniyyəti olmalıdır:

"AzTV və "Mədəniyyət" telekanalları efirə yalnız ölkənin tanınmış, yüksək imicə malik peşəkar sənətkarlarını və istedadlı gənclərini dəvət edir. Əgər söhbət əsl sənətdən və sənətçidən gedirsə, televiziyanın nə şərti ola bilər? Hamıya bəllidir ki, efirə çıxan müğənninin gözəl səsi və yüksək efir mədəniyyəti olmalıdır. Bütün sənətkarlar da AzTV-nin statusuna hörmətlə yanaşaraq, ona uyğun hərəkət edirlər.

Hər hansı sahə əməkçiləri ilə olduğu kimi, sənətçi ilə söhbətin mövzusu həmin insanın şəxsi həyatı deyil, yaradıcılığıdır. Senzura şərtlərinə işarə olunmasına ehtiyac yoxdur. Digər efir şərtləri isə hamı üçün eynidir: ədəbli görkəm, normativ leksikaya riayət, milli, dini, cinsi və s. ayrıseçkiliyə, ədavətin qızışdırılmasına, müharibənin, zorakılığın təbliqinə yol verilməməsi... Bunlar həm bəşəri prinsiplərdir, həm də dövlətimizin Konstitusiyasında öz əksini tapıb".

mənbə: qafqazinfo

Xəbərlər     Baxılıb: 1880   Tarix: 20 yanvar 2019
f Paylaş

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

turlar.az

geymler 2026 gozel gorunmek kosmetik vasiteler sağlam qida hamilelikde axinti kelem tutmasinin hazirlanmasi qaynar qazan kosmetika yutube layla oglan evi prostat seksi