Bağırsaq disbakteriozu

Bağırsaq disbakteriozuAdətən bağırsaq traktında çoxlu sayda faydalı funksiyaları yerinə yetirən bakteriylar yaşayır: B vitamini qrupunu sintez edir, bitki liflərini parçalayır, patogen mikroorqanizmlərin çoxalmasının qarşısını alır. Disbakterioz zamanı bağırsaq bağırsaq mikroflorasında kəmiyyət və keyfiyyət baxımından dəyişikliklər baş verir-lakto və bifidibakteriyaların (yaxşı mikroorqanizmlər) sayı azalır, patogen (pis mikroorqanizmlər) mikroorqanizmlərin sayı isə artır.
Bağırsaq disbakteriozun səbəbləri:
-antibiotiklərin uzunmüddətli və nəzarətsiz qəbulu;
-keçirilmiş kəskin bağırsaq infeksiyası;
-balanssız qidalanma (pəhriz);
-mədə-bağırsaq traktının xroniki xəstəliyi;
-hədsiz dərəcədə spirtli içki qəbulu;
-ağır immun çatışmazlığı (leykoz, QİÇS, bədxassəli şişlərin kimyaterapiya və şüa ilə müalicəsi zamanı).
Disbakteriozun əlamətləri
-qarında narahatlıq;
-yüksək köpmə halı (meteorizm);
-ifrazın dəyişməsi (ishal, qəbzlik və s.);
-qarında ağrılar.
Disbakteriozun müalicəsi uzun prosesdir. Buna görə də, sizin əsas vəzifəniz həkim tərəfindən verilən göstərişlərə əməl etməkdir.
Həkimlər nə edə bilər?
Disbakteriozun müalicəsi ilə adətən terapevtlər məşğul olur. Daha dəqiq və düzgün müalicə üçün disbakteriozun yaranma səbəblərini araşdırmaq lazımdır. Hər bir halda yenidən müxtəlif araşdırmalar aparmaq lazım ola bilər. Diaqnozun qoyulması üçün müayinə və analizlərin alınması şərtdir. Bəzən patogenlərə qarşı bir sıra antibiotiklər istifadə olunması məcburiyyəti yaranır. Müalicə effekt təsirindən asılı olaraq 4-6 həftə ərzində aparıla bilər.
Profilaktikası
Disbakterioz zamanı müəyyən olunmuş qida və yaxud da pəhrizdən istifadə edilməlidir. Antibiotiklərin qəbulu zamanı paralel olaraq mikrofloranın inkişafını tənzimləyən və dəstəkləyən preparatlardan da istifadə olunması tövsiyyə olunur. Gələcək anaların bilməsi vacibdir: körpələrin ana südü ilə bəslənməsi onların körpə yaşlardan disbakteriozdan qorunması deməkdir!
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1635   Tarix: 14 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

qadin sayti donlar 2026 qadın geyimi ailə psixoloqiyası kakoslu paxlava hazirlanmasi meyvələrin faydası bilik haqqinda atalar sozu kosmetika novruza aid hakistalar itburnu arxadan olmag google vətən haqqında bayatı